Redaksiya əmlakının, kütləvi informasiya vasitəsi məhsulunun məcburi şəkildə və əvəzi ödənilmədən mülkiyyətçidən, yayımçıdan, yaxud satıcıdan dövlətin xeyrinə götürülməsi.
M. yol verilmiş qanun pozuntusuna görə kütləvi informasiya vasitəsinə qarşı tətbiq edilən cəza tədbirlərindən biridir. Azərbaycan qanunvericiliyinə görə, kütləvi informasiya vasitəsi məhsulunun tirajının, yaxud onun bir hissəsinin M. edilməsinə yalnız məhkəmənin qərarı ilə yol verilir. Qeyri-qanuni, yəni məhkəmənin qərarı olmadan M.-yə görə məsuliyyət nəzərdə tutulur.
Jurnalistika terminləri lüğətiJurnalistə müsahibə verən, onun suallarını cavablandıran şəxs, birbaşa informasiya mənbəyi.
M. jurnalistin qarşısına qoyduğu məqsəddən, hazırladığı materialın xarakterindən asılı olaraq rəsmi şəxs, ekspert, yaxud adi vətəndaş ola bilər. Adətən, qərarların qəbulu prosesində iştirak edən, böyük səlahiyyətlərə malik siyasi xadimlər və vəzifəli şəxslər M. qismində medianın daha böyük marağına səbəb olurlar.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Jurnalistin media vasitəsilə yaymaq üçün ictimai maraq doğuran məsələlər barədə hər hansı şəxslə söhbəti.
Formasına görə bu söhbət üzbəüz, telefon vasitəsilə, yazışma şəklində aparıla bilər. M. informasiya əldə etməyin ən çox istifadə olunan üsullarındandır. Bununla belə, onun dolğun və maraqlı alınmasını təmin etmək üçün jurnalist yüksək peşəkarlıq nümayiş etdirməlidir: burada hər bir element – mövzu ilə tanışlıq səviyyəsi, sualların qoyuluşu, onların ardıcıllığı, müsahibin, hətta müsahibənin keçirilmə vaxtı və yerinin düzgün seçimi əhəmiyyət kəsb edir.
2. Jurnalistin ictimai maraq doğuran məsələlər barədə hər hansı şəxslə söhbət əsasında hazırladığı material, bu materialın janrı.
M. jurnalistikada geniş yayılmış janrdır, o, ölkə həyatının ən mühüm məsələləri, vacib hadisələr barədə rəsmi şəxslərin, mütəxəssislərin mövqeyini, həmçinin belə hadisələrin şahidlərindən alınmış məlumatları operativ və birbaşa auditoriyaya çatdırmaq imkanı verir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiDaimi iş yeri və peşəsi ilə əlaqədar uzunmüddətli müqavilə öhdəlikləri olmayan jurnalist.
M.J., adətən, redaksiya tapşırıqlarını yerinə yetirmir, sərbəst yaradıcılıqla məşğul olur və seçdiyi mövzuda materiallar hazırlayaraq KİV-ə ödənişli əsaslarla təqdim edir, yaxud onları digər üsullarla (internet və s.) yayır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHər hansı obyekt, yaxud hadisənin xüsusiyyətlərini müəyyənləşdirmək üçün onun ardıcıl və məqsədyönlü surətdə diqqətdə saxlanması, öyrənilməsi prosesi.
Bu prosesin başlıca məhsulu informasiyadır. M. jurnalist araşdırması aparmaq və məlumat toplamaq üsullarından biridir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHər hansı mövzu, məsələ barədə müəyyən mülahizə yürütmək, nəticəyə gələrək qərar çıxarmaq üçün onun kollektiv surətdə araşdırılması, ümumi fikir mübadiləsi.
M. jurnalist materiallarının, xüsusilə radio və televiziya verilişlərinin geniş istifadə olunan formatı, məzmunun təqdimat üsuludur. M. bir metod olaraq müxtəlif jurnalistika janrlarının əsasında dayanır. Tok-şoular, debatlar, dəyirmi masalar mahiyyət etibarilə M. formalarıdır.
Jurnalistika terminləri lüğətiər. məarif – elm, bilik
Bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə əlaqədar fəaliyyət, jurnalistikanın əsas funksiyalarından biri.
Jurnalistikanın M.F.-nın mahiyyəti ondan ibarətdir ki, o, əhaliyə məlumat verməklə yanaşı, həm də bu məlumatlardan istifadə etmək üçün insanlara gərəkli biliklərin və mədəniyyətin daşıyıcısı olmalıdır.
Jurnalistika terminləri lüğəti1. İstənilən növ informasiyanın internetdə yerləşdirildiyi bütün resursların cəmi.
M. – istifadəçinin internetdə tutduğu «ərazi», yerləşdiyi «meydança»dır: buraya onun saytı, Feysbuk səhifəsi, daxil olduğu qruplar, İnstaqramda, Tvitterdə akkauntları və s. daxildir.
2. Foto və videoçəkiliş aparmaq üçün xüsusi olaraq quraşdırılmış, yaxud ayrılmış əlverişli meydança.
Adətən, M. ikimərtəbəli konstruksiyadan ibarət olur və jurnalistlərə hadisəni, tədbiri maneəsiz çəkmək imkanı verir.
Jurnalistika terminləri lüğətiMarketinq və ya PR (pablik rileyşnz) məqsədilə jurnalistlər üçün təşkil edilən qısamüddətli səyahət.
Mediaturun məqsədi jurnalistləri hər hansı şirkətin fəaliyyəti və ya onun yeni məhsulu ilə tanış etməkdir. Bu PR növü həmçinin mediaturu təşkil edən təşkilat və ya şirkətlə KİV arasındakı münasibətlərin yaxınlaşmasına xidmət edir.
Jurnalistika terminləri lüğəti