ing. lead — rəhbərlik etmək
1. Mətnin ilk qısa abzası, jurnalist materialının mühüm struktur elementi.
L.-in məqsədi auditoriyanın diqqətini dərhal cəlb etmək və onu materiala «bağlamaqdır». Bunun üçün L. informativ, yığcam və mümkün qədər parlaq, yaddaqalan olmalıdır.
2. İnternetlə yayılmış reklam müraciətinə potensial istehlakçının reaksiyasında onu səciyyələndirən istənilən informasiya.
L. – internet-marketinqin əsas anlayışlarındandır. İki cür L. olur: istehlakçı L.-i (demoqrafik göstəricilər – yaş, peşə, gəlir səviyyəsi haqqında informasiya) və məqsədli L. (reklam müraciətinə cavab vermiş şəxslə əlaqə yaratmaq imkanı verən informasiya – e-mail ünvanı, telefon nömrəsi və s.)
Jurnalistika terminləri lüğətiing. link – əlaqə, keçid
Kompüter mətnində, proqramında, internet səhifəsində bir elementdən digərinə sürətli keçidi təmin etmək üçün istinad.
Bu keçidi L. olaraq fərqləndirilmiş (rənglə, altını cızmaqla, kursivlə və s.) sözlər, işarələr, kodlar vasitəsilə həyata keçirmək mümkündür. L. sözlə onun izahı, mətnlər, saytlar arasında birbaşa əlaqə yaradır.
Jurnalistika terminləri lüğətilat. lingua – dil + lat. expertus – təcrübəli
1. Nitq fəaliyyəti məhsullarının, müxtəlif mətnlərin müəllifliyi, yaxud dəqiq izahı ilə bağlı suallara aydınlıq gətirmək üçün onların dilçi mütəxəssislər tərəfindən araşdırılması.
L.E. dilçilik nəzəriyyələri əsasında hazırlanan üsullarla həyata keçirilir, ayrı-ayrı sözlərə, cümlələrə, bütöv mətnlərə, qrafik təsvirlərin sözlə ifadəsinə və s.-yə şamil edilir. L.E. mübahisəli məsələlərdə hüquqi əhəmiyyət kəsb edən sübut toplamaq üçün səlahiyyətli orqanlar (şəxslər), daha çox məhkəmələr tərəfindən təyin olunur. Məhkəmə L.E.-sının başlıca obyektləri media materialları, yazılı və şifahi çıxışlar, bəzi hallarda reklam müraciətləri, sənədlər, ticarət nişanlarıdır. Şərəf və ləyaqətin alçaldılması, KİV-də qeyri-qanuni çağırışlara yol verilməsi, müəllif hüquqlarının qorunması ilə bağlı işlərdə, habelə qanunlarda konkret müddəaların təfsirini vermək ehtiyacı yarandıqda məhkəmə L.E.-sının keçirilməsi hallarına rast gəlinir.
2. Normativ-hüquqi aktların dil xüsusiyyətlərinin təhlili, belə sənədlərin hazırlanması qaydalarından biri.
Azərbaycan qanunvericiliyinə görə, normativ- hüquqi aktların layihələri məcburi qaydada L.E.-dan keçirilməli, oradakı anlayışların yerində işlədilib-işlədilmədiyi, terminlərin düzgünlüyü yoxlanılmalıdır. Nəticə etibarilə aktın rədd edilməsi, yenidən işlənməyə göndərilməsi, yaxud dəstəklənməsi barədə rəy çıxarılmalıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. linea – xətt + yun. typos – iz
Kitab, jurnal, qəzet və s. mətnlərini yığmaq, çapa hazırlamaq üçün sətirtökən poliqrafiya maşını.
Bu sətirlərdən səhifənin maketi, çap qəlibləri tərtib olunur və bilavasitə çap prosesi həyata keçirilir. L. 1884-cü ildə amerikalı mühəndis Otmar Mergentaler tərəfindən ixtira edilib, fotoyığım və kompüter səhifələnməsi üsulları yarananadək bütün poliqrafiya müəssisələrində geniş istifadə olunub.
Jurnalistika terminləri lüğətiYayıma xüsusi razılıq (lisenziya) almaq üçün teleradio yayımçısının dövlət büdcəsinə ödəməli olduğu birdəfəlik rüsum.
L.H.-nın məbləği müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilir. Lisenziyanın qüvvədə olduğu müddət bitdikdə onun vaxtını uzatmaq, yaxud yeni razılıq almaq üçün yayımçı təkrar rüsum ödəməlidir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiTeleradio yayımçısına yayım üçün dövlət tərəfindən verilmiş xüsusi razılığın qüvvədə olduğu vaxt.
Azərbaycan qanunvericiliyinə görə, bu razılıq maksimum 6 illiyə verilir. Həmin vaxt ərzində yayımçı dəfələrlə ciddi pozuntulara yol verməmiş, sanksiyalarla üzləşməmişdirsə, onun öz istəyi əsasında (lisenziya haqqı ödənilmək şərti ilə) xüsusi razılığın müddəti hər dəfə daha 6 il üçün uzadılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. lobium – qalereya
1. Parlamentin və ya hökumət qurumlarının qərarlarına təsir göstərmək yolu ilə cəmiyyətin müəyyən dairələrinin maraqlarını müdafiə edən təşkilat, o cümlədən kütləvi informasiya vasitəsi, qrup, yaxud şəxs.
L. termininin mənşəyi haqqında müxtəlif fərziyyələr var. Onun Böyük Britaniya parlamentinin böyük L.-sinin (dəhlizinin) adından yarandığı, daha çox isə ilk dəfə 18-ci ABŞ prezidenti Uliss Qrant tərəfindən işlədildiyi bildirilir. U.Qrantın bəzi bioqrafiyalarında da əksini tapmış rəvayətə görə, o, axşamlar Vaşinqtonda «Uillard» hotelinin L.-sində (birinci mərtəbəsindəki geniş dəhlizində) əyləşərək siqar çəkməyi və brendi içməyi xoşlayırmış. Bura gələn bəzi siyasətçilər Qranta içki almaqla prezidentin qərarlarına təsir göstərməyə çalışırmış, prezident isə onları cəm halında L. adlandırırmış. Lakin BBC, Britaniyanın Oksford lüğəti L. termininin Amerikada hələ Qrant anadan olmamışdan azı 14 il əvvəl işlədildiyinə (1808-ci ildə Pensilvaniya ştatında) çoxsaylı sübutlar təqdim edir. ABŞ L.-çilər liqasının keçmiş prezidenti Deanna Gelak isə hələ 1820-ci il aprelin 1-də senat üzvlərinin «nümayəndələr palatasında L.-çiliklə məşğul olduqları»nı təsdiq edən məktubdan sitat gətirir. Oksford lüğətinə görə, terminin mənşəyi latın sözü «lobium»la bağlıdır və o, güman ki, XVIII–XIX əsrlərin sərhədində ABŞ senatının dəhlizlərində yaranıb.
2. Bir ölkənin başqa ölkədə maraqlarını təmin etmək, müsbət imicini yaratmaq üçün fəaliyyət göstərən təşkilat, qrup, şəxs.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiParlamentdən hazırlanmış materiallarda jurnalistlərin zaldakı müzakirələri deyil, dəhlizlərdə danışılanları, qeyri-rəsmi söhbətlərdə eşitdiklərini işıqlandırması təcrübəsi.
Bu, auditoriyanın diqqətini əsas məsələlərdən yayındırmaqla yanaşı, bəzən deputatlar, nazirlər üçün ağır nəticələrə səbəb olur. 1947-ci ildə İngiltərənin maliyyə naziri baron Hyu Dalton parlamentin büdcə müzakirəsinə həsr olunmuş iclasına girərkən məruzəsinin bir detalını dəhlizdə jurnalistə demişdi. Jurnalist yüksək operativlik göstərərək nazir məruzənin həmin hissəsini oxumağa imkan tapmamış məlumatı yaymışdı. Buna görə təcrübəli siyasətçi istefa verməyə məcbur olmuşdu.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Böyük Britaniyada və digər ingilisdilli ölkələrdə parlament müxbirlərinin ümumi adı.
Müxbirlər, adətən, parlamentin lobbisində (dəhlizində) dəstə ilə toplaşaraq zala girən deputatları qarşıladıqları, yaxud onların zaldan çıxmasını gözlədikləri üçün belə adlandırılıblar.
2. Böyük Britaniyada parlament müxbirlərinin xüsusi imtiyazlara malik həmkarlarına verdikləri ad.
L.M. təmsil etdiyi kütləvi informasiya vasitəsinin nüfuzundan, yaxud şəxsi münasibətlərindən istifadə edərək parlamentin yalnız deputatlar üçün açıq olan otaqlarına, kabinetlərə daxil ola, eksklüziv müsahibələr götürə bilir.
3. Böyük Britaniyada baş nazirin, nazirlərin mətbuat katiblərinin daim brifinqlərə çağırdıqları və «mətbuat üçün olmayan informasiyaları» etibar etdikləri jurnalistlərə verilmiş ümumi ad.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti