Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

korpus

lat. corpus – bədən, gövdə

1. Ava­­danlıq, mexanizm və aparatların xarici qoruyucu örtüyü. 

2. Hər hansı ümumi xüsusiyyətə malik mətnlərin struk­turlaş­dırılmış məcmusu.

K.-lar mövzular, ­sa­hə­lər, mənbələr, müəlliflər və s. üzrə ya­radıla bilər. Eyni dildə olan bütün mətn­lərin məc­musu linqvistik K., dilçilik elminin onları öyrənən sahəsi isə K. linqvistikası adlanır. Linqvistik K. yalnız sözləri deyil, onların bütün mənalarını, istifadə qay­dalarını özündə əks etdirir və dilçilik el­mində araş­dırmalar üçün ən geniş baza rolunu oy­nayır. 

3. Hündürlüyü 10 punkta (3,76 mm) bərabər mətbəə şrifti.

İlk dəfə Bizans ­imperatoru Yustinianın «Corpus juris civilis» qanunlar toplusunun nəşrində istifadə olunduğu üçün şriftə bu ad verilib.

Jurnalistika terminləri lüğəti