Sosial qrupların, ictimai institutların həyata keçirdiyi hüquqi tərbiyə, xəbərdarlıq tədbirləri kompleksi.
İ.T. – ictimai rəyə, ictimaiyyətin təşkilati və tərbiyəvi iş sisteminə əsaslanır. Belə tədbirlər şəxslərin davranışının ziyanlı və xeyirli tərəflərini onlara izah etməkdən, müəyyən hərəkətlərə kollektivin adından münasibət bildirməkdən, qaydanı pozanlar üzərində ictimai nəzarəti artırmaqdan və s.-dən ibarətdir. İ.T. iclaslarda müzakirələr, mətbuatda çıxışlar, tənqid, hamilik kimi üsullarla həyata keçirilir.
Jurnalistika terminləri lüğətiƏsas məqsədi cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin ümumi maraqlarını təmin etmək, söz və fikir azadlığına töhfə vermək, müxtəlif baxış və əqidələri əks etdirmək olan teleradio yayımı növü.
İ.Y. xidmətinin qarşısında düzgün məzmunlu, tarazlaşdırılmış informasiyaları əhaliyə yüksək texniki və keyfiyyət standartlarına uyğun şəkildə çatdırmaq vəzifəsi durur. İ.Y. xidmətinin təşkili, prinsipləri, statusu, idarəçilik forması, maliyyələşdirilmə qaydaları qanunla müəyyən edilir. Dünyada müxtəlif (Amerika, BBC, Skandinaviya və s.) İ.Y. modelləri mövcuddur. Bu modellərdən asılı olmayaraq İ.Y. xidməti xalqı maarifləndirən, cəmiyyətdə demokratiya və fikir plüralizmini inkişaf etdirən, milli və bəşəri dəyərləri yaşadan müstəqil dövlət təsisatı hesab olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİctimai yayım xidmətinin mahiyyətindən irəli gələn əsas qaydaların məcmusu.
Azərbaycan qanunvericiliyinə görə, ictimai yayımın doqquz başlıca prinsipi var: müstəqillik; informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü; plüralizm və dözümlülük; açıq siyasi maraqlardan uzaqlaşma; ümumi maraqların uzlaşdırılması və təmin edilməsi; milli özünüdərkin inkişaf etdirilməsi; universallıq; rəngarənglik; başqalarından fərqlənmə.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİctimai yayımçının səlahiyyətlərini həyata keçirən, onun proqramlarının qanunda göstərilən meyarlara, peşə və texniki standartlara uyğun hazırlanmasına nəzarət edən orqan.
İ.Y.Ş. ictimai yayımçının nizamnaməsini, əsasnaməsini, proqram strategiyası və siyasətini, vəzifə təlimatları və tənzimləyici normalarını, büdcəsini və illik hesabatını təsdiq edir, rəhbərlərini seçir, texniki avadanlığın və yayımın keyfiyyət standartlarını müəyyənləşdirir, verilişlərin monitorinqini keçirir və s. Şura öz fəaliyyəti barədə hər ilin sonunda ictimaiyyətə hesabat verir. İ.Y.Ş.-nın üzvləri Elmlər Akademiyası, Mətbuat Şurası, Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları nümayəndələri arasından parlament tərəfindən seçilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. idea – fikir, ideya + yun. logiya – elm, təlim
Gerçəkliyə münasibəti ifadə edən düşüncələr və dəyərlər sistemi.
İ. sosial qrupların siyasi, dini, fəlsəfi baxışlarının əsasını təşkil edir. İ-nın mahiyyəti cəmiyyətdə müəyyən düşüncə tərzi formalaşdırmaqla ictimai inkişafı yönləndirmək, konkret ideyalar əsasında insanların siyasi fəallığını təmin etməkdən ibarətdir. Bu termini ilk dəfə XVIII əsrin sonunda fransız filosofu Antuan Destüt de Trasi «ideyalar haqqında elm» anlamında işlədib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMedianın ictimai şüurda müəyyən dəyərlər və düşüncələr sistemi formalaşdırmaqdan ibarət olan fəaliyyəti, jurnalistikanın funksiyalarından biri.
Media insanın təfəkküründə konkret stereotiplər yaratmaqla onun davranışını proqramlaşdırır. Jurnalistika ictimai rəyə təsir edə, toplumu istiqamətləndirə bilir. Buna görə də ideoloji sistemlər öz KİV-ini yaratmağa və ya media orqanlarından təbliğat məqsədilə fəal istifadə etməyə çalışır. Lakin vahid ideologiyaya xidmət etmək medianın obyektivliyi, jurnalistikanın tərəfsizliyi prinsiplərinə xələl gətirir. Totalitar cəmiyyətlərdə, avtoritar rejimlərdə KİV-in bu funksiyası xüsusilə qabarıq nəzərə çarpır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. idea – anlayış, obraz
1. Müəyyən təcrübəni ümumiləşdirərək gerçəkliyə münasibət ifadə edən anlayış, adətən, gözlənilməz fikir.
2. Media məhsulunun (məqalə, veriliş, film və s.) məzmun və formasını müəyyənləşdirən əsas fikir, habelə bu məhsulun hazırlanması ilə bağlı irəli sürülən plan, təşəbbüs.
Jurnalistika terminləri lüğəti