Medianın ictimai şüurda müəyyən dəyərlər və düşüncələr sistemi formalaşdırmaqdan ibarət olan fəaliyyəti, jurnalistikanın funksiyalarından biri.
Media insanın təfəkküründə konkret stereotiplər yaratmaqla onun davranışını proqramlaşdırır. Jurnalistika ictimai rəyə təsir edə, toplumu istiqamətləndirə bilir. Buna görə də ideoloji sistemlər öz KİV-ini yaratmağa və ya media orqanlarından təbliğat məqsədilə fəal istifadə etməyə çalışır. Lakin vahid ideologiyaya xidmət etmək medianın obyektivliyi, jurnalistikanın tərəfsizliyi prinsiplərinə xələl gətirir. Totalitar cəmiyyətlərdə, avtoritar rejimlərdə KİV-in bu funksiyası xüsusilə qabarıq nəzərə çarpır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti