Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Təbaşir dövrü

Mezozoy erasının üçüncü – son dövrü.

Radioloji məlumatlara görə, T.D. təxminən 145-135 mln. il bundan əvvəl başlanıb, təqribən 70-80 mln. il davam edərək 66 mln. il əvvəl bitib. Bu dövrdə okean çəkilib və yenidən qalxıb, sürünənlər, ot bitkiləri sürətlə inkişaf edib, lakin T.D.-nün sonunda onların bir çox növləri, o cümlədən dinozavrlar kütləvi məhv olub. T.D.-də formalaşmış süxurlara Təbaşir sistemi deyilir. Bu dövrün adı həmin süxurlarda bol olan, onurğasız dəniz heyvanlarının çöküntülərindən yaranmış təbaşirdən götürülüb.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti