Reklam
Reklam

Məsəllər, deyimlər

TARİXİN TƏKƏRİNİ GERİ DÖNDƏRMƏK

Olub-keçənləri yada salmaq, ötənləri geri qaytarmağa cəhd etmək, tarixi təkrarlamaq.

İfadә elmi kommunizmin baniləri sayılan K.Marks vә F.Engelsin «Kommunist partiyasının manifesti» (1848) әsәrindәn götürülmüşdür.

Proletariatın rәһbәrlәri xırda burjuaziyanı sәciyyәlәndirәrkən onların konservatizmini, mürtәce maһiyyətini belә göstәrirlәr ki, xırda burjua «tarixin tәkәrini geri döndərmәyә» çalışır. K.Marks bu fikri həmçinin belə ifadə etmişdir: «Tarixin təkəri həmişə irəliyə və yaxşıya doğru dönər».

Bundan başqa, «Tarix təkrar olunur» kimi də ifadə geniş istifadə edilir. Bu ifadә alman filosofu Fridrix Hegel tərəfindən dünya ictimaiyyətinə yayılmışdır. Onun qeyd etdiyinə görə, һər һansı tarixi çevriliş insanlar tәrәfindәn o zaman bәyәnilir ki, o tәkrar olunsun: «Әvvәlcә tәsadüfi görünәn һәr şey tәkrar olunduqdan sonra һәqiqətә çevrilir».

Qәdim yunan filosofu Pifaqorun (e.ә. VI әsr) fikrincә: «Ruh ölmәzdir, dünyada baş verәn hadisәlәr müәyyәn fasilәdәn sonra yenidən tәkrar olunur. Ümumiyyәtlә, tәzә heç nә baş vermir».

Məsəllər, deyimlər