►Savadsız, məhdud dünyagörüşlü və ya yarımçıq təhsil sahibi olanlar haqqında istehza ilə işlədilən ifadə.
İfadə Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» komediyasının qəhrəmanı Məşədi İbadın dilindən səslənərək yayılmışdır.
Əsərdə Məşədi İbad bu ifadəni iki dəfə işlədir. «Mən «Tarixi-Nadir» kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır». Başqa bir yerdə isə anlaşılmaz ifadələrlə danışan qəzetçi Rza bəyə deyir: «Axı o qədər qəliz danışırsan ki, bilmək olmur nə deyirsən. Mən özüm «Tarixi-Nadir» kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin?»
Məşədi İbadın sözlərini qəribliyə salmaq o qədər də düzgün deyil, çünki XX əsrin əvvəllərində Azərbaycan məktəblərində «Tarixi-Nadir» kitablarından dərs keçilir, bu kitabı oxuyub başa vurmaq «savadlılıq» kimi qiymətləndirilirdi.
İran şahı Nadir (1688–1747) haqqında külli miqdarda tarix əsərləri yazılmış, onun hakimiyyəti, qəsbkarlıq yürüşləri təsvir edilmişdir. Bunlardan biri də onun şəxsi katibi Mirzə Məhəmməd Mehdi xan Astrabadinin yazdığı qısa – cəmi bir neçə səhifəlik «Tarixi-Nadir» («Tarixi-Cahangüşai-Nadiri») əsəridir.
Məsəllər, deyimlər