►Bir davranışın kökündə başqa səbəbin deyil, hədsiz sevginin, istək və qayğının dayandığını bildirmək məqsədilə işlədilən ifadə.
İfadə təbiətdə bəzi canlıların özünü və növünü yaşatmaq üçün etdiyi instinktiv davranışın yanlış anlaşılmasından qaynaqlanır.
Әslindә isә pişik heç dә valideynlik mәhәbbәtinin gücündәn balasını yemir, onu yaşatma imkanından mәhrum olduqda belə davranır. Elmdә bu hadisәyә «kannibalizm» deyilir. Elmi yanaşmaya görə, bir sıra canlılar (pişik, leylәk, bәzi yırtıcı quşlar, bәzi balıqlar) öz körpә balalarını bәsləyib-böyütmә imkanı olmadıqda onları yeyirlәr vә belәliklә, öz növlәrini qoruyub saxlaya bilirlər (yemәsә, hәm bala, hәm özü mәhv olar vә demәli, növ aradan çıxar). Bu hadisә növün sayını idarә etmәk mexanizminә daxildir.
Hadisәnin elmi mahiyyәtini düzgün başa düşmәyәnlәr belә güman etmişlər ki, pişik öz balasını çox istәdiyindən onu atıb gedә bilmir, düşmәn әlinә düşmәməsi üçün onu yeyir vә s. Bu yanlış tәsәvvürün izi isə haqqında danışdığımız ifadәdә qalmaqdadır.
Məsəllər, deyimlər