►Birisinin pisliyinə çalışmaq, ona davamlı tələ qurmaq, hiylə işlədərək ziyan verməyə çalışmaq.
İfadәnin әn qәdim variantı «Avesta»da işlәdilmişdir.
E.ә. VII әsrin abidәsi olan bu qiymətli әsәrdә deyilir ki, kim başqaları üçün quyu qazsa, mütləq ora özü düşәr.
Şәrqin bir sıra dillәrindә də hәmin ifadә geniş yayılmışdır.
Hәnәfi Zeynallı bu ifadәnin müxtәlif variantlarını belә göstәrmişdir: «Quyu qazıyan özü düşәr», «Quyu qazıyan әvvәl özü düşәr», «Quyu qazıyan, dәrin qazı; gen dur, özün düşәrsәn».
Məsəllər, deyimlər