►Bədxah, pisniyyətli adamdan uzaq gəzməyi, onun xeyir-şərindən kənar olmağı tövsiyə edərkən işlədilən ifadə.
İfadә әrәbin ilanla dostluğundan bəhs edən bir rəvayətdən yaranaraq yayılmışdır.
Çöldə taxıl biçən bir ərəb üçün arvadı hər gün yemәyә dəvə südü gәtirirmiş. Bir dəfə ərəb yatanda ilan sürünüb qabdakı südü içir, əvəzinә qaba bir qızıl qoyub gedir. Bir neçә gün belәcə tәkrar olunur. Bir dəfә ərәb ilanı tutub onunla belә bir razılığa gәlir ki, onlar dost olsunlar. Әrәb ilana hәr gün süd versin, ilan ona qızıl. Bir müddәtdәn sonra ərәb varlanır vә Mәkkəyә getmәli olur. Oğluna tapşırır ki, hәr gün ilana süd aparsın vә ondan qızıl alsın. Acgöz oğul bütün qızıla birdәn sahib olmaq mәqsədilə ilanın ardınca yuvaya qәdәr gedir və onu öldürmək istəyir. Lakin yalnız quyruğunu kәsә bilir. İlan oğlanı çalıb öldürür.
Mәkkədәn qayıdandan sonra әrәb ilanı axtarıb tapır, yenə də dostluğu davam etdirməyi təklif edir. İlan razı olmayıb bu məşhur sözləri deyir: «Nə dəvənin südü, nə ərəbin üzü».
Başqa bir versiyada («Kəlilə və Dimnə») isə göstərilir ki, ilan belə cavab verir: «Nə səndən oğul dağı gedəcək, nə də məndən quyruq yarası». Azərbaycan xalq nağıllarında da buna bənzər motivlər vardır.
Məsəllər, deyimlər