Reklam
Reklam

Məsəllər, deyimlər

KRAL ÖLDÜ, YAŞASIN KRAL!

►Ölkənin birinci şəxsi ölsə və ya hakimiyyətdən uzaqlaşsa da, taxt-tacın yiyəsinin, hakimiyyətin yeni sahibinin olduğunu vurğulamaq məqsədilə işlədilən ifadə.

İfadə ilk dəfə 1422-ci ildə Fransada VII Karlın tacqoyma mərasimi zamanı səsləndirildikdən sonra yayılmışdır.

Hersoq Monmoransinin edamından sonra mərhum monarxın cənazəsi olan tabut Sen-Deni abbatlığının sərdabəsinə endirilən kimi qocaman hersoq d’Yuzens «Kral öldü, yaşasın kral!» şüarını səsləndirmişdi. İfadə əvvəlki monarxın ölüm anında ali hakimiyyətin bilavasitə ötürülməsini tənzimləyən qanunun mətnindən törəyir. Birinci cümlə – «Kral öldü» – vəfat edən monarxın ölümü haqqında elandır. İkinci – «Yaşasın kral» cümləsi isə onun həmin an monarx taxtına varis olan xələfinə aiddir.

Əslində, əvvəllər də hakimiyyətin bu şəkildə – dinc yolla ötürülməsi hadisəsi olmuşdur; məsələn, 1272-ci ildə I Eduard səlib yürüşündə iştirak etdiyi zaman İngiltərənin kralı III Henrix vəfat etdi. Ali hakimiyyətin ötürülməsi zamanı mümkün çətinliklərdən qaçmaq üçün taxt-tac mirasının qaydalarına uyğun olaraq gizli şura elan etdi ki: «Kral taxtı heç vaxt boş qalmamalıdır, ölkə heç vaxt monarxsız ola bilməz». Beləliklə də I Eduard özünün də xəbəri olmadan dərhal kral elan edilir.

Müasir dövrümüzdə də bəzi ölkələrdə dövlət başçısı, yaxud digər ali vəzifələrə təyinat zamanı hər hansı postun boş qalmadığını bildirmək üçün bu ifadə işlədilir.

Məsəllər, deyimlər