Günəşdən işıqlandırılma dərəcəsinə görə Yer səthinin bölündüyü enli zolaqlar.
Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun hərəkət orbitinin müstəvisinə nisbətən meyilliyi İ.Q.-nın formalaşmasına həlledici təsir göstərən amillərdir. Belə ki, İ.Q. bir-birindən məhz Günəşin üfüq üzərində günorta hündürlüyü və gündüzün davamiyyətinə görə fərqlənir. Beş işıqlanma qurşağı mövcuddur: bir tropik qurşaq (sərhədi 23°27´ şm.e. ilə 23°27´ c.e. arası); iki mülayim qurşaq (hər iki yarımkürədə 66°33´ ilə 23°27´ enlik dairələri arası) və iki qütb qurşağı (hər iki yarımkürədə 66°33´ enlik dairələri ilə qütblər arası). Günəş şüaları Yer səthinə 90°-lik bucaq altında ilboyu yalnız tropik işıqlanma qurşağında düşür. Bütün fəsillər ancaq mülayim İ.Q.-nda aydın müşahidə olunur. Qütb İ.Q. isə ən soyuq və az işıqlanan, qütb gecə-gündüzlərinin müşahidə edildiyi ərazilərdir.
Coğrafiya terminləri lüğəti