Reklam
Reklam

Məsəllər, deyimlər

GÖZ QƏLBİN (KÖNLÜN) AYNASIDIR

►İnsan qəlbini, onun niyyət və düşüncələrini gözdən oxumağın mümkünlüyünü bildirən ifadə.

Bu obrazlı ifadәnin «İncil»dәn yayıldığı ehtimal olunur.

«İncil»də ifadә bir qәdәr başqa şәkildә işlәnmişdir. «Quran»da da qarşılığı olan bu ifadə ədәbi dilimizdә, xüsusilә poeziyada çox işlәnir.

Avropa dillәrindә hәmin ifadәnin yayılmasını Leonardo da Vinçinin әsәrlәri ilә әlaqәlәndirmәyә dəfələrlə cәhd göstәrilib.

Müasir dövrdә beynәlxalq zәrbi-mәsәl şәkli almış digәr bir ifadә belәdir: «Göz bәdәnin aynasıdır». Mәşhur bolqar alimi Pyotr Dimkov yazmışdır: «Günәş sistemindә gün nә kimi rol oynayırsa, insan orqanizmindә gözbu balaca günәş də hәmin rolu oynayır». Göz bәbәyindә bәdәnә mәxsus hәr bir üzvün öz «nümayәndәsi» var. Odur ki tәcrübәli hәkim gözü müayinә etmәklә bədənin ümumi vəziyyətini görür, hәr hansı xәstәliyi müәyyәnlәşdirә bilir». Həqiqətən də, müasir təbabət sübut edir ki, gözə baxmaqla ürək, sinir və həzm orqanlarının sağlamlıq dərəcəsini təyin etmək mümkündür.

Məsəllər, deyimlər