►Ümumi, vahid bir hakimiyyətə və ya ümumiyyətlə, başqasına tabe olmamağı, etina etməməyi bildirən ifadə.
İfadə orta əsrlərdə yaranıb və Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən sayılan Ərdəbilin adı ilə bağlıdır.
Savalan dağı yaxınlığında gözəl bir vahədə salınmış Ərdəbil şəhəri XVI əsrdә bütün İranın, sonralar isə (ta XIX әsrə qədər) eyniadlı xanlığın mәrkәzi olmuşdur. Səfəvilәr sülalәsinın banisi olan Şeyx Səfinin XV әsrdə tikilmış məqbәrәsi də bu şəhərdədir.
İfadə də məhz Səfəvilərin hakimiyyəti dövründə yaranmışdır. XV–XVI әsrlәrdә Ərdəbilә toplanmış qızılbaşlar faktik olaraq dövlət һakimiyyətinә tabe olmayıb müstəqil һәrəkət edirdilər. Yəni һər kәs öz vәkili idi.
İfadə Cənubi Azərbaycanda qarma-qarışıqlığı, xaosu, hakimiyyətsizliyi bildirmək məqsədilə tez-tez işlənir.
Məsəllər, deyimlər