►Fasiləsiz olaraq işlə məşğul olmaq, daim hərəkətdə olmaq.
İfadə, həqiqətən, dələnin daim hərəkətdə olması qənaətindən qaynaqlanır.
Keçmiş zamanlarda kənd uşaqları, yaxud ovçular meşədən tez-tez dələ tutub gətirərdilər. Sonra həmin dələləri qutuya yerləşdirər, ora pillələri olan təkər qoyardılar. Dələ təkərin üstünə çıxanda o fırlanmağa başlayar və dələ sürətlə bir pillədən digərinə tullanırdı. Beləliklə, dələ kiçik canı ilə daim hərəkətdə olardı. Zaman keçdikcə «dələ kimi təkərdə fırlanmaq» ifadəsi daim iş-güclə məşğul olan, gecə-gündüz çalışan, oturmaq və dinclik nə olduğunu bilməyən insanlara da şamil edilməyə başladı.
Bu gün də işgüzar və çevik adamları səciyyələndirəndə «dələ kimi təkərdə fırlanandır» ifadəsindən istifadə olunur.
Məsəllər, deyimlər