Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

cəm radiasiya

lat. radiatio – şüalandırıram

Yer səthinə çatan düz və səpələnmiş günəş radiasiyasının cəmi.

Düz radiasiya bilavasitə Günəşdən Yer səthinə düşən şüalanmadır. Səpələnmiş radiasiya atmosferdə molekullar və hissəciklər tərəfindən səpələndikdən, diffuziyaya uğradıqdan sonra Yer səthinə çatan şüalanmadır. Göyün üzü açıq və günəş yüksəklikdə olanda düz radiasiya C.R.-nın 85%-ə qədərini təşkil edir. Günəş üfüqə doğru əyildikdə C.R. balansında düz radiasiyanın həcmi azalır, səpələnmiş radiasiyanın həcmi artır; məsələn, aydın səmada günəşlə üfüq arasında bucaq 10°-yə çatanda C.R.-da səpələnmiş radiasiyanın həcmi 40%-dək çoxalır. Eyni zamanda buludluluq və atmosfer çirklənmələri də səpələnmiş radiasiyanın C.R.-da üstünlük təşkil etməsinə (ən pis havada 100%-dək) səbəb olur.

Coğrafiya terminləri lüğəti