1. Hərəkət qabiliyyətini itirmək, qurumaq, çəng olmaq, keyləşmək. □ Ayağı keyimək.
2. Məcazi mənada: hiss və dərk etmə qabiliyyətini itirmək, donub qalmaq, quruyub qalmaq; kütləşmək, süstləşmək. □ Şeir adı eşidəndə cəmi vücudum keyidi, başım fırlanmağa başladı. (Y.V.Çəmənzəminli).
3. Məcazi mənada: azalmaq, zəifləmək, keçmək. □ Ağrısı bir az keyimişdi.
1. Hərəkət qabiliyyətini itirmək, qurumaq, çəng olmaq, keyləşmək. □ Qədir həm yorulmuş, həm də qıçları sanki tutulmuş, keyişmişdi. (Mir Cəlal).
2. Məcazi mənada: hiss və dərk etmə qabiliyyətini itirmək, donub qalmaq, quruyub qalmaq; kütləşmək, süstləşmək.
3. Məcazi mənada: azalmaq, zəifləmək, keçmək.
1. Key hala salmaq; hissizləşdirmək. □ İynə vurub qolunu keyitmək.
2. Məcazi mənada: keyləşməsinə, süstləşməsinə, donub qalmasına səbəb olmaq; sarsıtmaq. □ Həkimin verdiyi ağır xəbər elektrik cərəyanı kimi qəlbinə çarpıb, bütün əsəblərini keyitmişdi. (İ.Əfəndiyev).