Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bazar1 [bazar] isim fars

1. Alış-veriş yeri. Bazara getmək. Bazardan meyvə almaq. Ağıl bazarda satılmaz. (Atalar sözü).
2. Açıq yerdə, yaxud bina içərisində düzəldilən böyük mövsüm ticarəti. Kitab bazarı. Bayramqabağı bazar.
3. İqtisadiyyat. Əmtəə dövriyyəsi sahəsi, zonası. Daxili bazar. Xarici bazar. Dünya bazarı.
4. Alver, alış-veriş, alqı-satqı.Bu gün bazar yoxdur.
5. Məcazi mənada: səs-küy, qalmaqal olan yer haqqında. Buranı lap bazara döndəribsiniz.
6. Arxaizm. Quzuçu və buzovçuların həftədə bir dəfə bazar günləri məhsul şəklində aldıqları muzd.

bazar2 [bazar] isim fars

Həftənin şənbədən sonra gələn günü; yekşənbə. Bazar günü. Gələn bazar sizə gələcəyəm.

Həmçinin bax:

frazeologizm: arvad bazarı frazeologizm: bazar açmaq frazeologizm: bazar od tutub yanır frazeologizm: bazarı bağlanmaq frazeologizm: bazarın nəbzini tutmaq frazeologizm: desən, bazarın itləri də nişan verər frazeologizm: dəllal bazarına döndərmək frazeologizm: köhnə bazara təzə nırx qoymaq frazeologizm: örtülü bazar frazeologizm: özünü buğda bazarında görmək frazeologizm: təzə gəldi bazardan, köhnə düşdü nəzərdən jurnalistika: media bazarı jurnalistika: media bazarının inhisarlaşdırılması jurnalistika: media bazarının monopoliyaya alınması coğrafiya: bazar iqtisadiyyatı coğrafiya: beynəlxalq bazar Azərbaycan dilinin izahlı lüğəti