am sözündən olub, dərman, çarə, məlhəm, müalicə vasitəsi anlamındadır.
Bəzi lüğətlərdə nədənsə Aman sözü ilə əlaqələndirilir. Bu gün Azərbaycan antroponimikasında köhnəlmiş adlar sırasında olan Əmən yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycanda Əmənov, Əmənzadə, Əmənli soyadlarının kifayət qədər mövcud olması çox da uzaq olmayan vaxtlarda məişətimizdə adın mövcud olduğuna dəlalət edir. Türkiyə türklərində Emen formasında olub qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiƏman adı və ərəb. Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Əmənullah (bax: ad – ƏMƏN; ÜLLAH) olan kişi adı Allahın qoruduğu, Allahın himayəsində olan anlamını ifadə edir. Adın təhrif olunmuş forması Əmənulla da sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir. Bu gün məişətimizdə Əmənullah adı yalnız Əmənulla şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiami atanın qardaşı anlamındadır.
Əmi həm də dilimizdə hörmət, ehtiram əlaməti olaraq yaşlı, yaxın adama da müraciət kimi işlənən sözdür. XX əsrin əvvəllərinə qədər məişətimizdə Əmi kişi adına kifayət qədər rast gəlinmişdir. Bu gün artıq Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olsa da, tərkibində Əmi sözünün işləndiyi mürəkkəb adlar mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən ami və kiçi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əmikişi (bax: ad – ƏMİ; KİŞİ) kişi adı kişi xüsusiyyətli əmi anlamına gəlir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Əmikişi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan, bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamin sözündən olub, müasir Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Qorxusuz, xətərsiz, etibarlı, dinc, sa- kit; 2. Xatircəm, arxayın; 3. İnanılası, diz, etibarlı.
Əmin kişi adı dinc (adam), etibarlı (adam), inanılası (adam), arxayın (adam) mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamr sözündən olub, dilimizdə buyuran, əmr edən, hökm verən, əmr verən, hakim, hökmdar, başçı, böyük, tayfanın, elin başçısı deməkdir.
Dilimizdə Əmir formasında işlənən şəxs adı Şərqdə də, Orta Asiya türklərində, uyğurlarda, tatarlarda, bir sözlə, türk xalqlarının bir çoxunda bu gün də Amir/Emir biçimindədir. Əmir kişi adı əmr verən (ixtiyar sahibi, vəzifəli adam) anlamındadır. Əmir sözü ərəb dilində “rəis, başçı, hakim” kimi bir-birinə yaxın mənaları ifadə edir. Tarixdən də məlumdur ki, Əmir bəzi Şərq hökumətlərinin başçılarına və yüksək vəzifəli şəxslərə rəsmi verilən titullardan olmuşdur. Bu sözün bir qədər qısalmış variantı olan “əmir-əl” hərbi rütbəsi bu gün “admiral” şəklində bir çox dünya dillərində mövcuddur. Orta əsrlərdə ərəb xəlifələri “əmir əl-möminin” titulunu götürürdülər, bu, “iman gətirənlərin başçısı” anlamını ifadə edirdi. Mənbələrdə bu barədə bəhs edilir və göstərilir ki, qədim türk dillərində amir sözü “sevmək” feili ilə əlaqədardır, türklərdə -an şəkilçisinin əlavə edilməsi ilə düzəlmiş Amiran (sevən) adı barədə də məlumatlara rast gəlinir. Azərbaycan dilində Amir adı mövcud olsa da, bu gün, əsasən, dilimizin əsas fonetik qanununa uyğun olaraq dəyişmiş Əmir adına rast gəlinir. Lakin müasir Azərbaycan dilində amir, amiranə sözləri ümumişlək sözlər sırasındadır. Bu gün məişətimizdə Amir adını daşıyan çox az adama rast gəlmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əmir və Aslan adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əmiraslan (bax: ad – ƏMİR; ASLAN) kişi adı aslan kimi güclülər arasında hökm edən, başçı olan mənalarını ifadə edir. Adın təhrif olunmuş forması Əmraslan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əmir və Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əmirəli (bax: ad – ƏMİR; ƏLİ) kişi adı əmir Əli, üstün olan Əli, sözü keçən Əli mənasındadır. Adın təhrif olunmuş formaları Əmrəli, Əmiralı, Əmralı da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əmir adı və azərb. arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında iki titulun birləşməsindən əmələ gələn kişi adları sırasında olan Əmirxan (bax: ad – ƏMİR; XAN) kişi adı baş hökmdar, xan Əmir mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əmir adı və fars. arxaikləşmiş çah titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında iki titulun birləşməsindən əmələ gələn kişi adları sırasında olan Əmirşah (bax: ad – ƏMİR; ŞAH) kişi adı Əmir şah mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Əmir adı və Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıır.
Əslində Əmirulla (bax: ad – ƏMİR; ÜLLAH) olan kişi adı Allahın buyurduğu, Allahın əmri anlamlarını ifadə edir. Qədim ərəblərdə bu adın hər kəsə deyil, yalnız peyğəmbər nəslindən olanlara verilməsi barədə məlumatlara rast gəlinir. Adın təhrif olunmuş formaları Əmirulla, Əmrulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Əmirullah adı bu gün həm Əmirulla, həm də Əmrulla formasında mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti