fars. zabil sözündəndir. “Zabil” əslində tarda Mirzə Sadığın əlavə etdiyi bir pərdədir.
Azərbaycan antroponimikasında musiqi parçalarının adlarından yaranmış şəxs adları sırasında olan Zabil kişi adından (bax: ad – ZABİL) ənənəvi yolla yaranmış qadın adıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. zada əslində törəmiş, doğulmuş, övlad, oğul mənasındadır. Adətən isimlərə qoşularaq əsil, kök, nəsil bildirir (bəyzadə, əsilzadə və s.).
Azərbaycan antroponimikasında müstəqil şəxs adı olmasa da, -zada sonluğu ilə düzələn kifayət qədər kişi və qadın adı mövcuddur. Məsələn, Əlizadə, Həsənzadə, Vəlizadə və s. Bir sıra dünya dillərində soyaddan yaranma şəxs adları mövcuddur. Azərbaycan antroponimikasında mövcud -zada sonluğu ilə düzələn adların əksəriyyəti həm də soyad kimi işlənir. Məsələn, Əlizadə, Xanzadə və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. zahid sözündən olub, dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətlə keçirən dindar (adam), tərkidünya mənasındadır.
Zahidə qadın adı insanlardan qaçaraq qapalı həyat keçirən adam anlamını ifadə edən Zahid kişi adından (bax: ad – ZAHİD) ənənəvi yolla yaranmış qadın adıdır. Adın məşhur daşıyıcılarından XII–XIII əsrlərdə Təbriz hökmdarı Zahidə xatun idarəçilik fəaliyyəti ilə məşhurlaşan, şəhərin abadlaşmasına, mədəniyyətin inkişafına böyük diqqət yetirən, şəhəri yadelli işğalçılardan xilas etmək üçün əlindən gələni əsirgəməyən dövlət xadimlərindən olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiqəd. yəhudi zalxa (əslində zelikha) sözündəndir. Mənbələrdə Züleyxa qadın adının da bu sözdən olduğu qeyd edilir. Zalxa sürüşən, sürüşkən mənalarındadır.
Eyni zamanda Azərbaycan dilində məhəlli sözlərdən olub, tutqun bənövşəyi rəngdə çoxlu çiçəkləri olan zəhərli bir bitki adıdır. Zalxa qadın adı da həmin bitkinin adındandır. Adın təhrif olunmuş Zalha forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Azərbaycanın əsasən şimal-şərq bölgələrində rast gəlinən məhəlli adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti