Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ZALXA

qəd. yəhudi zalxa (əslində zelikha) sözündəndir. Mənbələrdə Züleyxa qadın adının da bu sözdən olduğu qeyd edilir. Zalxa sürüşən, sürüşkən mənalarındadır.

Eyni zamanda Azərbaycan dilində məhəlli sözlərdən olub, tutqun bənövşəyi rəngdə çoxlu çiçəkləri olan zəhərli bir bitki adıdır. Zalxa qadın adı da həmin bitkinin adındandır. Adın təhrif olunmuş Zalha forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Azərbaycanın əsasən şimal-şərq bölgələrində rast gəlinən məhəlli adlar sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti