mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan və fars. süvar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Xansüvar (bax: ad – XAN; SÜVAR) kişi adı xanın atlı qoşun dəstəsinin başçısı, atlı qoşun başçısı, xanın süvari qoşun başçısı anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Xancuvar da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Xansuvar şəklində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan və verdi birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Xanverdi (bax: ad – XAN; VERDİ) kişi adı xanın bağışladığı, çox hörmətli şəxsin, hakimin, hökmdarın bağışladığı (övlad) mənasındadır. Məlum olduğu kimi, məişətimizdə dünyaya gələn övladlara ailədəki digər adlara həmqafiyə adlar vermək əzəldən dəbdə olmuşdur. Xanverdi adı da Allahverdi, Tanrıverdi, Bəyverdi kimi adlara həmqafiyə kimi, yəni atanın, böyük qardaşların adına uyğun verilmiş adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan və fars. zada sözlərinin birləşməsindən yaranmış şəxs adıdır.
Xanzadə (bax: ad – XAN; l) kişi adı xan oğlu, xan övladı, xan nəslindən olan mənalarını ifadə edir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibir sıra mürəkkəb şəxs adlarının tərkibində işlənən xas sözü müasir Azərbaycan dilində yalnız bir adama və ya bir əşyaya məxsus olan, onun üçün səciyyəvi olan, yalnız bir adamda və ya bir əşyada olan mənasındadır.
Xas Azərbaycan antroponimikasında müstəqil şəxs adı kimi deyil, yalnız mürəkkəb şəxs adlarının tərkibində (həm əvvəlində, həm də sonunda) mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən xas sözü və Mahammad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Xasməhəmməd (bax: ad – XAS; MƏHƏMMƏD) kişi adı yalnız Məhəmmədə aid olan, yalnız Məhəmmədə məxsus olan, Məhəmməd kimi, Məhəmməd xüsusiyyətli mənalarını ifadə edir. Adın təhrif olunmuş forması Xasməmməd də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən xas sözü və Murad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Xasmurad (bax: ad – XAS; MURAD) kişi adı yalnız Murada aid olan, yalnız Murada məxsus olan, Murad kimi, Murad xasiyyətli mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən xas sözü və fars. Polad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Xaspolad (bax: ad – XAS; POLAD) kişi adı yalnız Polada aid olan, yalnız Polada məxsus olan, həmçinin Polad kimi möhkəm, əyilməz, dözümlü mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətixatam sözündən olub, dilimizdə əsasən iki mənada işlənir: 1. Üstündə yazı olan və möhür kimi istifadə olunan üzük, möhür, damğa; 2. Sonuncu, axırıncı, ən sonuncu.
Xatəm kişi adı sözün ikinci mənası ilə əlaqədardır. Lüğətlərdə bəzən Hatəm kişi adı (bax: ad – HATƏM) ilə qarışdırılır. Tam fərqli adlardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixatir sözündəndir. Xatir kişi adı yada salma, yad etmə, anma, yaddaş, yadda saxlama qabiliyyəti və buna yaxın mənaları ifadə edir.
Bu gün Azərbaycan antroponimikasında Xatir artıq köhnəlmiş şəxs adları sırasında olsa da, addan ənənəvi yolla düzəlmiş Xatirə qadın adı hələ də məişətimizdə geniş yayılmış şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixeybar sözündəndir. Yəhudi ləhcələrindən birində “qala, bürc” mənasındadır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar Xeybər kişi adı Ərəbistan yaxınlığındakı qalanın adındandır. Əfqanıstan və Pakistan arasında yerləşən bu qala İslam tarixində Məhəmməd Peyğəmbərin adı ilə əlaqələndirildiyindən məşhurdur. Məhəmməd Peyğəmbər və köməkçiləri bu qalada yəhudilərlə vuruşub qalib gəlmişlər. Bu hadisə Şərqdə bir çox yazıçıların əsərlərində də öz əksini tapmışdır. Bəzi lüğətlərdə Xeybər kişi adı fars mənş. taqətsiz, heysiz sözü ilə əlaqələndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti