Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XANSÜVAR azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan və fars. süvar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Xansüvar (bax: ad – XAN; SÜVAR) kişi adı xanın atlı qoşun dəstəsinin başçısı, atlı qoşun başçısı, xanın süvari qoşun başçısı anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Xancuvar da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad yalnız Xansuvar şəklində mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti