ərəb. sakit sözü dilimizdə asta, yavaş, bərkdən səslənməyən, davasız, qalmaqalsız, qışqırıqsız, susmuş, sükut içində, sükuta dalmış, dinc, əziyyət verməyən, yumşaq, həlim, soyuqqanlı, arxayın, rahat anlamlarını ifadə edən Sakit kişi adından (bax: ad – SAKİT) ənənəvi yolla yaranmışdır.
Sakitə qadın adı Azərbaycanın cənub bölgələrində daha geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. saqib sözündəndir. Saqibə qadın adı çox parıltılı, işıq saçan anlamlarını ifadə edən Saqib kişi adından (bax: ad – SAQİB) ənənəvi yolla düzəlmişdir.
Bu gün Saqib məişətimizdə köhnəlmiş kişi adları sırasında olsa da, addan yaranmış Saqibə qadın adına hələ də rast gəlinir. Adın təhrif olunmuş forması Sakifə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sultan sözünün cəmi olub, sultanlar, hökmdarlar və buna yaxın anlamları ifadə edir.
Məcazi mənada səcdə ediləndir. XIX əsrin sonu, XX əsrin əvvəllərində aşıq şeirində, xüsusən Aşıq Ələsgərin yaradıcılığında Salatın adı tez-tez istifadə edilən qadın adlarındandır. XX əsrin sonlarına yaxın unudulmaqda olan Salatın qadın adı yenidən məişətimizə daxil olmuş, bu dəfə Azərbaycan xalqının yaddaşında əbədiləşmişdir. Adın daşıyıcılarından biri, I Qarabağ müharibəsi başlayandan torpaqlarımızın bütövlüyünün, Qarabağ dərdinin yazılarının başlıca mövzusuna çevrilmiş tanınmış jurnalist Salatın Əsgərova (1961-1991) dəfələrlə qaynar nöqtələrdən operativ materiallar hazırlamaq məqsədi ilə qaynar nöqtələrə gedərdi. Döyüş bölgəsinə növbəti səfəri zamanı onun olduğu avtomobil düşmən tərəfindən atəşə tutulmuş, Salatın Əsgərova vəhşicəsinə qətlə yetirilmişdir. Ölümündən sonra Salatın Əsgərova Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. saleh sözündən olub, dilimizdə xeyir, xoş, yaxşı, xeyirxah, yaralı, ixtiyar sahibi, dinin əmrlərinə uyğun hərəkət edən yaxşılıq edən, gözəl əxlaq sahibi mənalarını ifadə edir.
Saleh kişi adından (bax: ad – SALEH) ənənəvi yolla yaranmış Salehə qadın adı bu gün məişətimizdə unudulmaqdadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAzərbaycanda Samara adını daşıyan iki, ən çox üç qadın ola bilər. Lüğətlərdə Samara adı haqqında müxtəlif fikirlərə rast gəlinir. Məlum olduğu kimi, dilimizin şəxs adları sistemində yer adlarından, şəhər adlarından formalaşmış şəxs adları mövcuddur.
Fikrimizcə, Samara qadın adı da bu qəbildən olan şəxs adları sırasındadır. Məişətimizə, əsasən, XX əsrin 50-60-cı illərindən daxil olan bu ad Rusiyanın Samara şəhərinin adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. samir sözündəndir. Adətən lüğətlərdə Samirə qadın adının dilimizdə axşam, həmçinin həmsöhbət mənasını ifadə edən Samir kişi adından (bax: ad – SAMİR) ənənəvi yolla yaranması ilə bağlı məlumatlara rast gəlinir.
Məlum olduğu kimi, dilimizin şəxs adları sistemində yer adlarından, şəhər adlarından formalaşmış şəxs adları mövcuddur. Fikrimizcə, adın Ərəbistanda Samirə adlı şəhərin adından olması daha inandırıcı görünür. Samirə qadın adı Azərbaycan antroponimikasına XX əsrin altmışıncı illərindən daxil olmuşdur. Keçən əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiibrani. sara sözündən olub, xanım, hörmətli qadın, kübar xanım mənasındadır. Sara adı sonradan dünyanın bir çox dillərinə də keçmişdir. Azərbaycan dilinə ərəb dilindən keçmə şəxs adları sırasındadır.
Fars dilində saf, təmiz, xalis mənalarını ifadə edən sara sözü mövcuddur. Məlum olduğu kimi, Sara qadın adı Şərqdə çox geniş yayılmışdır. Həmçinin qədim adlardandır. Müqəddəs kitab “Quran”da İbrahim Peyğəmbərin birinci xanımının adı da Sara olmuşdur. Adın Azərbaycanda erkən dövrlərdə mövcudolduğunu sübut edən faktlardan biri də xalq yaradıcılığında iki gəncin – Xançobanla Saranın böyük məhəbbətinin öz ifadəsini tapdığı əfsanə, eləcə də əfsanə ilə əlaqədar “Apardı sellər Saranı” adlı xalq mahnısı olmuşdur desək, yəqin ki, yanılmarıq. Adın Azərbaycanda məşhur daşıyıcılarından Sara Xatun Uzun Həsən Ağqoyunlunun (XV əsr) anasıdır. Dövlət işlərində böyük nüfuz sahibi olan Sara Xatunu Qərbi Avropa ölkələrində də tanıyırdılar. Sara Xatunun adına xarici ölkələrdən məktublar göndərilir, paytaxt Təbrizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin əməkdaşları onunla danışıqlar aparırdılar. Bu nadir tarixi şəxsiyyət son dərəcə tədbirli siyasi xadim kimi tanınmışdı və Osmanlı sultanı Mehmet Fatehlə oğlu Uzun Həsən arasında rəqabəti yumşaltmaq üçün əlindən gələni etmişdi. Mənbələrdən aydın olur ki, Sultan Mehmet Fateh öz ordugahında Sara Xatunu böyük ehtiramla qarşılamış, danışıqların gedişində bir-birinə hətta “ana”, “oğul” deyə müraciət etmişdilər. Sara Xatunun siyasi məharəti sayəsində iki türk cahangiri arasında reallaşmaqda olan qardaş qırğınının qarşısı alınmışdı. Zəka, müdriklik fəlakətə üstün gəlmiş, Ağqoyunlu-Osmanlı sülh müqaviləsi bağlanmışdı. Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara xatun tarixə ilk diplomat xanım kimi düşmüşdür. XX əsrdə Sara məişətimizdə geniş yayılmış qadın adlarından olmuşdur. Qeyd etmək lazımdır ki, ötən əsrdə görkəmli dramaturq C.Cabbarlının məşhur “Solğun çiçəklər” əsərinin əsas qadın surətlərindən olan Saranın nakam taleyi oxucuların qəlbində dərin iz buraxmışdı. Ədibin digər qəhrəmanları kimi, Sara da çox sevilmişdi. Keçən əsrdə adın populyarlaşmasında əsərin də özünəməxsus rolu olmuşdurdesək, yəqin ki, yanılmarıq. XXI əsrdə Sara qadın adı məişətimizdə dəbdən düşmüş adlar sırasında olsa da, orta və yaşlı nəslin nümayəndələri arasında adın daşıyıcıları hələ də kifayət qədərdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. saray əslində padşahın, yaxud padşah ailəsinin daimi yaşadığı əzəmətli binadır. Müasir dövrdə isə ictimai təşkilatların olduğu, yığıncaqların, tədbirlərin keçirildiyi böyük binalar saray adlanır.
Saray qadın adı XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmış qadın adlarından olsa da, bu gün adın daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir, başqa sözlə unudulmaqda olan şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. sarı əslində dilimizdə rənglərdən birinin adıdır. Məlum olduğu kimi, türklərdə rəng həm də inamlar, yaşayış və təfəkkür tərzi ilə bağlıdır. Rənglərin zaman və məkan anlayışları ilə əlaqəsi, kosmoqonik dünyagörüşlə bağlılığı diqqəti cəlb edir.
Şifahi xalq ədəbiyyatı nümunələrində ağ, qara, al, göy, sarı, boz, qızıl rənglərinə daha çox rast gəlinir. Sarı rəng qədim türklərdə Ay, Günəş, ulduzlar, həmçinin dünya, kainat; etnonim, totem; qızıl; pul; yetişmiş, yetkin, kamillik və s. göstəricisdir. Məlum olduğu kimi, hələ erkən dövrlərə aid şifahi xalq ədəbiyyatı nümunələrində də, müasir dövrdə yaranan bədii ədəbiyyat nümunələrində də gözəlin üzü Aya, Günəşə bənzədilir. Başqa sözlə, Azərbaycan antroponimikasında rənglərlə əlaqədar formalaşmış mürəkkəb qadın adlarının tərkibində işlənmiş sarı sözü gözəllik ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti