Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

SAQİBƏ

ərəb. saqib sözündəndir. Saqibə qadın adı çox parıltılı, işıq saçan anlamlarını ifadə edən Saqib kişi adından (bax: ad – SAQİB) ənənəvi yolla düzəlmişdir.

Bu gün Saqib məişətimizdə köhnəlmiş kişi adları sırasında olsa da, addan yaranmış Saqibə qadın adına hələ də rast gəlinir. Adın təhrif olunmuş forması Sakifə də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti