Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELMAN azərb.

mürəkkəb adların komponentləri kimi işlənən el man sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elman (bax: EL; MAN) kişi adı elin adamı, el üçün doğulmuş adamdır.

XX əsrin sonlarına qədər məişətimizdə geniş yayılmış kişi adlarından olan Elman sonradan müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) Elman Hüseynov 1952-1993) I Qarabağ müharibəsində işğalçı düşmənə qarşı döyüşlərdə dəfələrlə yaralansa da, səngərdən ayrılmamış, Vəng kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELMDAR ərəb.

elm və fars. dar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elmdar (bax: ad – ELMİ; DAR) kişi adı elmə marağı olan, elm sahibi, özünü bütünlüklə elmə həsr edən, elmlə ürəkdən bağlı olan mənasını ifadə edir. Adın təhrif olunmuş forması Elmidar da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti