Adil və bəzi mənbələrdə türk, bəzi mənbələrdə monqol mənşəli olduğu qeyd edilən Gəray adlarının birləşməsindən əmələ gəlmiş Adilgəray (bax: ad – ADİL; GƏRAY) kişi adı ədalətlə davranan mənasını ifadə edir.
Gərayilərin Krımda hakimiyyəti ələ almasında dövrünün görkəmli sərkərdəsi Adilgərayın xüsusi xidmətləri tarixdən məlumdur. Gərayi xanları Adilgərayın döyüşlərdə göstərdiyi şücaət hesabına sonradan da xeyli qələbə əldə etmişlər. Xalqımız Azərbaycanda da yaşadığı güman edilən, banisi Hacı Gəray olduğu Gəray türk tayfasının sərkərdəsi Adilgərayın adını sevə-sevə övladlarına vermişlər. Türk xalqlarının əksəriyyətinin dilində bu gün də yaşayan antroponimlərdəndir. XX əsrin ortalarından musiqi sahəsində xidmətləri olan, Azərbaycan bəstəkarlıq məktəbində özünə məxsus yeri olan görkəmli musiqiçilərdən tarzən, müəllim, dirijor, Əməkdar Artist Adil Gəray (1919-1973) da adın daşıyıcılarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAdil adı və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Adilxan (bax: ad – ADİL; XAN) kişi adı adil olan xan, ədalətli xan, ədalətlə idarə edən xan anlamına gəlir. Adın təhrif olunmuş forması Ədilxan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu ada əsasən Azərbaycanın cənub bölgələrində təsadüf edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAdil adı və fars. mürəkkəb adların tərkibində çıxış edən arxaikləşmiş şah titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Adilşah (bax: ad – ADİL; ŞAH) kişi adı adil şah, ədalətli şah anlamına gəlir. Adın təhrif olunmuş forması Ədilşah da son- radan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiədnan sözündəndir. Ədnan adlandırılmış ərəb qəbiləsinin adındandır.
Ədnan sözü dilimizə tərcümədə xalis ərəb, təmiz ərəb, eləcə də Cənnət bağı, iki Cənnət, həmçinin Cənnətdə ölümsüzlüyə qovuşan (adam) mənalarını ifadə edir. Bəzi mənbələrdə antroponimin mənası köçmək, köç etmək, yerləşmək, bərqərar olmaq qazmaçı, oturaq kimi izah edilir. Adnan antroponimi həm ərəblər arasında, həm də türk xalqları arasında geniş yayıldığından İslamdan əvvəl də məlum olmuş şəxs adlarından hesab edilir, ərəb dünyasında çox tez-tez rast gəlinən adlardandır. Buna səbəb adın bir çox mənbələrdə, araşdırmalarda İbrahim Peyğəmbərin nəslinin adı ilə əlaqədar olması barədə məlumatların mövcudluğudur. Adnan eyni zamanda Ərəbistanın şimalında yaşayan ərəblərin irqi göstəricisidir. Adın təhrif olunmuş forması Ədnan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Hazırda Azərbaycanda həm Adnan, həm də Ədnan kimi, Türkiyədə isə yalnız Adnan kimi işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAzərbaycan dilində Afad adı çox nadir hallarda rast gəlinən kişi adlarındandır.
Afad şəxs adı nədənsə çox vaxt Afat kimi tələf- füz edilir və bu səbəbdən iki ad (Afad və Afat adları) qarışdırılır. Bəzi lüğətlərdə Afad adının yozumuna da cəhd edilir. Adın daşıyıcılarından Afad (Alıfuad) Məhəmməd oğlu Qurbanov (1929– 2009) görkəmli türkoloq-dilçi, altayşünas alim olmuşdur. O, bir sıra beynəlxalq və milli akademiyaların akademiki, AMEA-nın üzvü, Türkiyə və Türk Dil Qurumunun şərəfli üzvü, dünyanın bir çox linqvistik və onomastik elmi komitə, cəmiyyət və təşkilatlarının həqiqi və ya fəxri üzvü, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor olmaqla yanaşı, müasir Azərbaycan əlibasının müəllifi, Onomastik Elmi Məktəbinin banisi, ictimai xadim kimi tanınan ziyalılarımızdan olmuşdur. Azərbay- canda onomastika məktəbinin yaradıcısı, xüsusi adların yaranması, mənşəyi, qrammatik xüsusiyyətləri və s. barədə kifayət qədər elmi əsərlərin müəllifi, eyni zamanda uzun müddət pedaqoji fəaliyyət göstərən alimlərdəndir. Afad Qurbanov özü dəfələrlə xüsusi adlarla əlaqədar kütləvi informasiya vasitələrindəki çıxışlarında adının Alı və Fuad adlarının birləşməsindən yarandığını, Afad kişi adının ayrılıqda heç bir məna vermədiyini şəxsən qeyd etmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAdil adı və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Adilxan (bax: ad – ADİL; XAN) kişi adı adil olan xan, ədalətli xan, ədalətlə idarə edən xan anlamına gəlir. Adın təhrif olunmuş forması Ədilxan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu ada əsasən Azərbaycanın cənub bölgələrində təsadüf edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafət (bax: ad – AFƏT) sözünün cəmi olub, yəni bəlalar, fəlakətlər, bədbəxtliklər, müsibətlər, zərərlər, ziyanlar mənalarını ifadə edir.
Azərbaycanda Afat şəxs adı ilə bağlı onu demək olar ki, heç vaxt populyar kişi adları sırasında olmamışdır və bu gün də bu ada çox nadir hallarda təsadüf etmək olar. Soyad olaraq da formalaşmamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafəridən (yaratmaq, can vermək) feilinin kökü olan afər (yaradan, vücuda gətirən, can verən) sözündəndir.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Afər şəxs adı XXI əsrdə artıq köhnəlmiş adlar sırasına keçməkdədir desək, yəqin ki, səhv etmərik. Afər adına ancaq yaşlı insanlar arasında təsadüf etmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafərin sözü tərif, təhsin ifadə edir.
Hər hansı bir xeyirxah niyyətlə, müsbət mənada edilmiş hərəkətin müqabilində afərin, sağ ol, əhsən, mərhəba deyilir. Valideynlər uşağın dünyaya gəlişindən o dərəcədə sevinirlər ki, üzlərini Yaradana (Tanrıya) tutaraq sağ ol, mərhəba, əhsən, afərin deyirlər. Dilimizdə Əhsən (bax: ad – ƏHSƏN), Uğur (bax: ad – UĞUR) və s. şəxs adları da bu qəbildəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Afərin adı artıq unudulmaqda olan adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiafiq sözündəndir, çox sadəlövh mənasındadır.
Azərbaycan dilində bu sözün iki mənası var: 1. Çox sadəlövh. 2. Yalançı, iftiraçı. Afiq adı sözün birinci , yəni çox sadəlövh, hamıya inanan, etibar edən mənası ilə əlaqədardır. Bu gün Azərbaycanda Afiq şəxs adına yalnız orta və yaşlı nəslin nümayəndələri arasında rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti