Qalın ipək ipdən toxunan sıx parça.
Darayıdan, əsasən, qadın paltarları tikilirdi. Hərbi bayraq hazırlanmasında da istifadə olunurdu.
Əyninə geyibsən gözəl darayı,
Şana alıb tellərini darayı,
Səyyad olan tərlanını arayı,
Ala gözlüm, tərlanımı gətir ver!
(“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası1. Qoyun-keçi, xırdabuynuzlu mal-qara.
2. Bax: tavar.
Bunların qabağından beş-altı davarı itmişdi. Çobanlar onu axtara-axtara gəlib bir dağın başına çıxmışdılar. (“İrvahım”)
*
Bəylər olan saxlar alıcı quşu,
Sərraf olan seçər qiymətli daşı,
Bir oğul atadan artırsa işi,
Xalq içində ona davar deyərlər.
(“Abbas və Gülgəz”)
Azərbaycan dastanlarının leksikasıAğız.
Qızılgül bəslənir xəndan içində,
İnnabı ləblərin dəhan içində,
Abbasam, durmuşam meydan içində,
Kimə bu gen dünya dar isə gəlsin!
(“Abbas və Gülgəz”)
*
Mən istərəm alim, mömin yüz ola,
Gözü haqq yolunda doğru, düz ola,
Dəhanında sözü üzbəüz ola,
Ələsgər yolunda can qurban eylər.
(“Leyli və Məcnun”)
Azərbaycan dastanlarının leksikası1. Sığınan, himayə axtaran, kömək istəyən.
2. Dialektlərdə “piştaxta” mənasında işlənir.
Dastanlarda 2-ci mənaya rast gəlinir.
Mahmud bəy qoşan adam Qurbanini sazbənd usta Bədəlin dükanına gətirdi... Usta, Pəri adını eşidən kimi dəxilin dalından çıxıb Qurbanini itələyə-itələyə bayıra çıxartdı... (“Qurbani”)
Azərbaycan dastanlarının leksikası