Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sədəq

Bax: sadaq. (“Koroğlu” dastanının lüğəti)

İgid odu dava günü ovxanı,

Ağasınnan öncə sala qovğanı,

Siyirə qılınc, üzə çəkə qalxanı,

Səksən oxu sədəqinnən boşana.

                         (Paris nüsxəsi, 12-ci məclis)

İzlənəndə köşək izi izlənir,

Bəslənəndə ardı-ögi düzlənir,

Paçasında sədəqlilər gizlənir,

Könül bu bədövün sevdasındadı.

                          (Paris nüsxəsi, 6-cı məclis)

Azərbaycan dastanlarının leksikası

sək

fars. səg

İt. (“Koroğlu” dastanının lüğəti)

Səkrəqib sözü çox zaman birlikdə müxtəlif fonetik şəkillərdə işlənir, bax: seyrağıb.

Koroğlu der: aləmləri yaradan,

Sək rəqibi həq götürsün aradan.

Hayqıranda Qırat sıçrar Toradan,

Dörd yanımız olsa hayıl, Eyvazxan!..

                     (Əndəlib Qaracadaği. “Şeirlər məcmuəsi”)

Azərbaycan dastanlarının leksikası

səg

Bax: sək. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası