Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

seyrağıb əsli: səgrəqib

Farsca “it” mənasını verən səg və ərəb mənşəli rəqib sözlərindən əmələ gəlib, it rəqib, it xasiyyətli rəqib, ümumiyyətlə, rəqib mənasını verir. (“Koroğlu” dastanının lüğəti)

Dialektlərdə seyrəqub “xəbərçi, araqarışdıran” mənalarında işlənir. Dastanlarda müxtəlif fonetik variantlarda rast gəlinir: Xalq arasında şoğərib şəklində də işlənir.

Koroğlunun ərliyiynən,

Seyrağıbın korluğuynan,

Gözəllərin birliyiynən,

Qoy tökülsün şux tellərin!

        (“Koroğlunun Qars səfəri”) (“Koroğlu–Hümmət”)

Azərbaycan dastanlarının leksikası