ital. abbreviatura < abbreviare < brevis – qısa
Sözlərin baş hərflərini və ya hissələrini saxlamaqla düzəldilmiş ixtisar.
Abreviaturlar müxtəlif yollarla formalaşır:
– sözlərin yalnız birinci hərfini saxlamaqla: BMT (Birləşmiş Millətlər Təşkilatı), KİV (kütləvi informasiya vasitələri), m (metr), t (ton);
– sözlərin müəyyən hissəsini saxlamaqla: telestudiya (televiziya studiyası), akad. (akademik);
– sözün ilk və son hərflərini saxlamaqla: d-r (doktor);
– ölçü vahidi bildirən sözlərin tərkib hissələrinin müəyyən hərflərini saxlamaqla: sm (santimetr), kq (kiloqram), mb (meqabayt).
Abreviaturlara əlavə edilən şəkilçilər onların tələffüzünə uyğunlaşdırılır: AMEA-dan, NATO-ya, MDB-nin və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətialm. absatz – abzas, sətirbaşı
Nəsrlə yazılmış mətndə yeni fikrin başlanğıcını bildirən sətirbaşı; ardıcıl gələn iki sətirbaşı arasında yerləşən mətn parçası.
Məzmunca bitkin fikir ifadə edən abzas bir və ya bir neçə cümlədən ibarət olur. Mətnin abzaslara ayrılması onun daha asan qavranılmasına xidmət edir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii əsərdə süjet xəttinin kulminasiyadan sonrakı, finaldan əvvəlki mərhələsi, razvyazka.
Bu mərhələdə intriqa bitir, əsərin süjet və məzmununu təşkil edən hadisələr başa çatır, bədii konflikt öz həllini tapır, əsərin ideyası aydınlaşır. Bir çox hallarda açılma əsərin finalını təşkil edir, bəzən isə əsər açılmasız qalır, yəni süjet xətti kulminasiyada bitir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. adaptatio – uyğunlaşma, uyğunlaşdırma
Hər hansı bədii əsərin müəyyən oxucu auditoriyasının səviyyəsinə uyğunlaşdırılması.
Adaptasiya, əsasən, yaş qrupuna görə aparılır. Bu zaman əsərdə əsas süjet xətti saxlanılmaqla ixtisarlar edilir və əsərin dili sadələşdirilir. Adaptasiya zamanı əsərin dil və üslubu ilə yanaşı, onun forma və janrı da dəyişikliyə uğraya bilər (daha çox nəzm nəsrlə əvəz olunur). Məsələn, N.Gəncəvinin “Xəmsə”si, eləcə də Homerin “İliada” və “Odisseya” əsərləri uşaq və yeniyetmə oxucuların səviyyəsinə uyğun adaptasiya olunub.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMübtəda əsasında formalaşan sadə cümlə.
Adlıq cümlədə xəbər iştirak etmir, əşya və hadisənin yalnız adı çəkilir. Adlıq cümlə söz və ya söz birləşməsi şəklində olsa da, bitkin intonasiya ilə deyilir; məs.: Ay işığı. Bulaq başı. Göy çəmən. Bir dünyamız. Bir sən özün. Bir də mən (S.Vurğun). Adlıq cümlə müxtəsər və geniş olur. Müxtəsər adlıq cümlədə yalnız mübtəda iştirak edir: Payızın ilk günləri. Geniş adlıq cümlədə təyin də olur: Qaranlıq gecə... Qorxunc vıyıltı səsi…
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİsmin altı halından biri: əşyanın yalnız adını göstərmək vəzifəsini daşıyan, heç bir xüsusi morfoloji əlaməti olmayan hal.
Adlıq halda olan isimlər cümlədə mübtəda, xəbər və təyin vəzifəsində çıxış edir: Tamaşa başlandı. Maraqlı kitabdır. Birdən dəmir darvaza açıldı. Adlıq halda olan isimlər qoşmalarla da işlənir; məs.: alim kimi (ilə, qədər, üçün) və s. Belə isimlər xitab kimi də işlənə bilir: Ovçu, insaf elə, keçmə bu düzdən... (S.Vurğun).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. affiche – elan
1) Hər hansı mədəni tədbir – teatr tamaşası, konsert və s. haqqında elan; reklam, məlumat nəşri.
Afişa küçə reklamının bir növüdür. Burada tamaşanın keçirildiyi yer (teatr, konsert zalı), tamaşanın adı, rejissor, baş rolların ifaçıları və s. haqqında məlumat verilir.
2) Dram əsərinin surətlər haqqında məlumat verilən başlanğıc hissəsi.
Afişada surətlərin adı, zahiri görkəmi, geyimi, yaşı və s. haqqında məlumat verilir. Milli dramaturgiyamızda afişa “əhli-məclis”, “əfrad”, “əşxas”, “iştirak edənlər” və başqa adlar ilə ifadə olunub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. aphorismos – kəlam
Müdrik fikir ifadə edən bitkin, yığcam ifadə, kəlam.
Atalar sözündən fərqli olaraq aforizmin müəllifi məlum olur. Məna dərinliyi, ifadə gözəlliyi, obrazlılıq aforizm üçün başlıca xüsusiyyətlərdir. Dini-əxlaqi, dini-fəlsəfi, sosial-fəlsəfi, sosial-əxlaqi və s. məzmunda olur. Aforizmlərin əksəriyyəti şair və yazıçılara məxsusdur; məs.: Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər (A.Bakıxanov). Bununla yanaşı, alimlərin, siyasi və ictimai xadimlərin dediyi aforizmlərə də çox təsadüf edilir; məs.: Həmişə sülh tərəfdarı ol, amma müharibəyə də hazır ol (Napoleon).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFolklor janrlarından biri: ölümlə bağlı olub qüssə, dərd, kədər ifadə edən lirik-dramatik söyləmə; edi.
Qədim türklərdə ağı, əsasən, qopuz aləti ilə müşayiət olunub. Ağılarda konkretlik, ünvanlılıq, informativlik xüsusiyyəti güclü olur. Bəzən aid olan şəxsiyyətin müəyyən səciyyəsi, portret cizgiləri də verilir:
Qardaş, qardaş, ay qardaş,
Qaşın ucu yay qardaş.
Kaş ki bacın öləydi,
Deməyəydi vay qardaş.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAğı söyləyən peşəkar ifaçı: ölüm, faciə münasibətilə ağı nümunəsi yaradan şəxs; ediçi.
Azərbaycan kəndlərində təziyə məclislərində ağıçılara indi də təsadüf edilir. Onlar mövcud ağı nümunələri və ya bayatılardan istifadə etməklə bərabər, özləri də sərbəst improvizə yolu ilə ağı nümunələri yaradıb ifa edirlər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözdə eynicinsli saitlərin bir-birini izləməsi; məs.: bərəkət, qaranlıq və s.
Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə, sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın olmalıdır. Məsələn: “qaranlıqdakılar” sözündə qalın,“hərəkətsizlikdir” sözündə isə incə saitlər bir-birini izləmişdir. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Çünki kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur. Hər hansı bir söz alınma olsa belə, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin ahəngini qorumalıdır; məs.: ka-tib-lər, ki-tab-lar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti