Operativ xəbərləri toplamaq və yaymaq sahəsində ixtisaslaşan kütləvi informasiya vasitəsi.
İ.A.-nin əsas vəzifəsi qəzetləri, jurnalları, televiziya və radio kanallarını, habelə digər istifadəçiləri ən yeni xəbərlərlə təmin etməkdir. Belə agentliklər həm açıq (internetdə ödənişsiz), həm qapalı (yalnız abunəçilər üçün), həm də qarışıq (qismən ödənişsiz, qismən abunəçilər üçün) rejimdə fəaliyyət göstərə bilər. Azərbaycan qanunvericiliyində KİV redaksiyası, naşiri və yayıcısı statusu İ.A.-nə də şamil edilir. Agentliklərin xəbər və materialları digər KİV-də yayılarkən mütləq mənbəyə istinad edilməlidir.
Jurnalistika terminləri lüğətiyun. photos – işıq + yun. grapho – yazıram
Fotoqrafiya ilə məşğul şəxs, peşəsi fotoşəkil çəkmək olan mütəxəssis, o cümlədən jurnalist.
Termin 1849-cu ildə ingilis fiziki Con Herşel tərəfindən yaradılıb və fotoşəkil çəkən şəxsə deyil, şəklin özünə aid edilib. Hazırda da Qərbdə, ingilisdilli ölkələrdə F. deyəndə məhz fotoşəkil nəzərdə tutulur. Bu peşə ilə məşğul olanlar isə photografer, yəni fotoqrafçı adlandırılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. photos – işıq + yun. grapho – yazıram
Real cisimlərin, süjetlərin statik təsvirinin optik cihazlar vasitəsilə alınması üsulu, prosesi.
Bir çox hallarda bu üsulla alınmış fotoşəkilləri də yanlış olaraq F. adlandırırlar. F.-nın bədii, sənədli, aerofotoqrafiya (havadan çəkiliş), mikrofotoqrafiya (çox kiçik obyektlərin mikroskop altında çəkilişi), split-fotoqrafiya (eyni zamanda həm sualtı, həm suüstü çəkiliş) və s. növləri var. F. üsulu 1820–30-cu illərdə fransızlar Jozef Nyeps və Lui Dagerr, ingilis fiziki Uilyam Talbot tərəfindən ixtira edilib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHər hansı problemə bu və ya digər dərəcədə aidiyyəti olan, mövzunu həmin problemə yönəltmək üçün istifadə edilən hadisə, fakt.
Məsələn, keyfiyyətsiz dərmandan zəhərlənmə hadisəsi ölkədə dərman biznesini araşdırmaq üçün İ.B. yarada, yaxud məktəbi əla qiymətlərlə bitirmiş abituriyentin qəbul imtahanından kəsilməsi bu məktəbdə tədrisin vəziyyəti barədə söz açmaq üçün ipucu verə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMəlumatların yayılmasının və əldə olunmasının qarşısını almaq üçün tədbirlər sistemi.
Buraya bir tərəfdən KİV-ə çıxış imkanlarının, digər tərəfdən isə media məhsullarından istifadənin məhdudlaşdırılması daxildir; məs.: hər hansı şəxsi göstərməyin telekanallara qadağan edilməsi, tirajın müsadirəsi, yayıma texniki maneə və s. İ.B.-nın obyekti şəxs, sosial qrup, təşkilat, cəmiyyət, ölkə ola bilər. Onun hakimiyyət tərəfindən öz əhalisinə, yaxud dövlət tərəfindən münaqişədə olduğu başqa dövlətə qarşı yeridilməsi mümkündür. Belə tədbirlər müxtəlif məqsədlərə xidmət edir: siyasi rəqibin cəmiyyətə təsir gücünü azaltmaq, kütləvi narazılığın qarşısını almaq, beynəlxalq ictimaiyyəti birtərəfli məlumatlandırmağa çalışmaq və s. İ.B. informasiya qarşıdurmasının tərkib hissəsidir.
Jurnalistika terminləri lüğəti1. İnkişaf edən intellektual imkanlarla daha böyük sürətlə genişlənən informasiya axını arasında yaranan uyğunsuzluq.
Bu böhranın mahiyyəti ondan ibarətdir ki, adamlar aldıqları informasiyanı tam həcmdə qavramağa macal tapmırlar. İ.B. müxtəlif formalarda təzahür edir: informasiya kütləsi insanın onu emal etmək bacarığını üstələyir; istifadəçi əksər hissəsi faydasız olan məlumatların arasından özü üçün lazımi informasiyanı seçə bilmir; məlumatların yayılması qarşısında iqtisadi, siyasi, texnoloji maneələr yaranır.
2. İnformasiyaya real tələbatın lazımi qaydada ödənilməməsi nəticəsində hər hansı sistemin fəaliyyətində yaranan pozğunluq.
Tam olmayan, yanlış, yaxud çatışmayan məlumatlar elmi araşdırmalarda, istehsal prosesində, sosial münasibətlərdə ciddi problemlərə, böhran vəziyyətinə səbəb ola bilər.
Jurnalistika terminləri lüğətiƏhalinin böyük hissəsinin müasir texnologiyalardan istifadə etməklə informasiyanın və onun ali forması kimi biliyin istehsalı, saxlanılması, emalı, ötürülməsi ilə məşğul olduğu cəmiyyət.
Cəmiyyətin bu inkişaf mərhələsi üçün ictimai həyatda informasiyanın, biliklərin və texnologiyaların rolunun artması, informasiya məhsulları və xidmətlərinin istehsalı ilə məşğul olan insanların sayının üstünlük təşkil etməsi, informasiyalaşdırmanın yüksək həddə çatması, qlobal informasiya mühitinin tam formalaşması, elektron demokratiya, elektron hökumət və elektron şəbəkələrin ən geniş səviyyədə yayılması xarakterikdir. İ.C. konsepsiyası 1960-cı illərdə yaradılıb və ilk vaxtlar Yaponiyada, ABŞ-da inkişaf etdirilib.
Jurnalistika terminləri lüğəti1. Hər hansı tədbir, layihə barədə media orqanları tərəfindən həyata keçirilən məlumatlandırma kampaniyası.
İ.D.-nin məqsədi tədbiri, layihəni populyarlaşdırmaqda onun təşkilatçılarına və icraçılarına kömək göstərməkdir. Əvəzində bu prosesə qoşulmuş KİV də müəyyən üstünlüklər qazanır: tədbirdə (konsert, sərgi və s.) reklam olunur, layihənin (müsabiqə, yarış) işıqlandırılması sahəsində eksklüziv hüquqlar əldə edir.
2. İdarəçilik funksiyaları yerinə yetirən qurumlara, onların planlarına media orqanlarının informasiya təminatı formasında yardımı.
Belə orqanlar İ.D.-nə, adətən, mürəkkəb qərarların hazırlanması, qəbulu və icrası prosesində ehtiyac hiss edir.
Jurnalistika terminləri lüğətiİnformasiyanın bədii-texniki tərtibatı, təqdimatı üsulları və formalarının vəhdəti, dizaynın bir növü.
İ.D.-nda yalnız məlumatın estetik görünüşü deyil, həm də funksional xüsusiyyətləri, istifadəyə yararlılıq və səmərəlilik baxımından keyfiyyətləri, qavranılmasının psixoloji aspektləri, digər faktorlar nəzərə alınır. İ.D. «informasiyanın struktur dizaynı», «informasiyanın arxitekturası» da adlandırılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnformasiya sistemlərində – kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.-də saxlanılan sənədlər və sənəd massivləri, habelə ayrı-ayrılıqda mövcud olan sənədlərin cəmi.
Özəl şəxslər onların vəsaitləri hesabına yaradılmış, qanuni yolla əldə edilmiş, yaxud bağışlama, vərəsəlik qaydasında toplanmış İ.E.-nın sahibləridirlər. Azərbaycan Respublikasının büdcə vəsaitləri və dövlət orqanlarının vəsaitləri hesabına yaradılan, əldə edilən, toplanan İ.E. isə dövlət mülkiyyəti sayılır və dövlətin İ.E.-nı təşkil edir. Onların cəmi isə milli İ.E. adlanır və milli sərvət kimi qorunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti