1. Xəbərdə olayın tarixçəsi haqqında məlumat.
2. İnsanın keçdiyi həyat yoluna – təhsil səviyyəsinə, iş təcrübəsinə, qazandığı bacarıqlara, uğurlara dair məlumatlar.
3. Televiziya və kino çəkilişində arxa planda və ya fonda təsvir, habelə fon musiqisi və ya küylər.
Jurnalistika terminləri lüğətiBir, yaxud bir neçə yerli özünüidarəetmə orqanı tərəfindən təsis olunan və dövlət qeydiyyatından keçirilən teleradio təşkilatı.
B.Y.-nın təsis edilməsində bələdiyyələrlə yanaşı, digər fiziki və hüquqi şəxslərin də iştirakına icazə verilir. Belə teleradio təşkilatı yerli büdcə, reklamdan daxilolmalar, abonent haqqı hesabına və s. mənbələrdən maliyyələşdirilə bilər. B.Y., əsasən, təmsil olunduğu ərazidə yaşayan əhalinin maraqlarına uyğun proqramlar yayımlayır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHər hansı məsələ barədə dövlət qurumlarının, siyasi təşkilatların, səlahiyyətli orqanların və ya şəxslərin rəsmi məlumatı.
B. aid olduğu problemə rəsmi yanaşmanı əks etdirərək həm yazılı, həm də şifahi formada verilə bilər və media üçün mühüm informasiya mənbəyi rolunu oynayır.
Jurnalistika terminləri lüğətiing. – bill – elan etmək + ing. board – lövhə
İriölçülü xarici reklam qurğusu.
B.-lar, adətən, küçədə, yolların kənarında, kütləvi tədbirlər keçirilən və s. yerlərdə qoyulur. Bu qurğu dayağa, divara bərkidilmiş dəmir və ya taxta lövhədən ibarət olur. B.-da reklam sifarişçisi haqqında qısa məlumat, onun sloqanı, reklam olunan məhsul barədə informasiya, mövzuya uyğun qrafik təsvirlər yerləşdirilir. B.-un quraşdırılması üçün əksər ölkələrdə yerli icra hakimiyyəti orqanlarının icazəsi tələb olunur.
Jurnalistika terminləri lüğətiRadio və ya televiziya yayımının hadisənin baş verdiyi anda həyata keçirilməsi üsulu.
B.E. studiyadan və studiyadankənar – olayın baş verdiyi məkandan həyata keçirilə bilər. Adətən, çox böyük marağa, qlobal təsirə malik tədbirlərdən reportajlar, yüksək dərəcədə operativ xəbərlər auditoriyaya B.E. vasitəsilə çatdırılır, bununla tamaşaçıda və dinləyicidə iştirak effekti yaradılır. B.E.-in daha bir özəlliyi ötürülən məlumatların redaktəsinin qeyri-mümkünlüyüdür.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. binary digit – «ikili rəqəm» ifadəsindən yaranmış abreviatura
Kompüterdə minimal informasiya vahidi.
B. 0 və 1 rəqəmlərindən ibarət ikidərəcəli kodun hansısa bir dərəcəsi deməkdir. Bu termin ilk dəfə 1946-cı ildə amerikalı riyaziyyatçı Con Tukey tərəfindən istifadə edilib. Əksər kompüter sistemlərində 8 B. 1 bayt təşkil edir.
Jurnalistika terminləri lüğəti