lat. protectio – müdafiə, hamilik
1. Hər hansı şəxsin, qrupun, sosial, yaxud iqtisadi fəaliyyət sahəsinin səlahiyyət sahibləri, əsasən, hakimiyyət tərəfindən məqsədli müdafiəsi.
P. cəmiyyətdə imtiyazlı qrupların yaranmasına, haqsız rəqabətə, ictimai institutların hakimiyyətdən asılılığının güclənməsinə gətirib çıxarır. P. medianın müstəqilliyinə, ədalətli rəqabət şəraitində normal inkişafına ciddi təhlükədir. O özünü ən müxtəlif formalarda – iqtisadi (eynitipli KİV-in seçmə qrupuna maliyyə yardımı göstərilməsi, məcburi abunə yazılışının təşkili), siyasi (reklam bölgüsündə, müəyyən tədbirlərə dəvətdə media orqanlarının siyasi rəğbətinin nəzərə alınması), sosial (bəzi media orqanlarında çalışanların mənzil-məişət problemlərinin həll edilməsi) sahələrdə göstərə bilər.
2. İctimai maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən, lakin iqtisadi fəaliyyət və inkişaf imkanları məhdud olan sahələrin himayəyə götürülməsi.
Əgər dövlət uşaq nəşrlərinə xüsusi vergi güzəştləri tətbiq edirsə, bütün telekompaniyalara təhsil verilişləri üçün ödənişli sifarişlər verirsə, bu, ictimai mənafenin müdafiəsinə yönəldilmiş P.-dir.
Jurnalistika terminləri lüğətiing. provider – təchiz edən
Hüquqi və fiziki şəxsləri internetə girişlə təmin edən, internet istifadəçilərinə kompleks xidmətlər göstərən təşkilat.
P. rabitə kanalları və şəbəkələri, internet avadanlığının sahibi olur, yaxud onları icarəyə götürərək kommersiya şərtləri ilə hissə-hissə istifadəçilərə satır. P.-lərin göstərdikləri xidmətlərə internetə genişzolaqlı giriş, hostinqlərin ayrılması, elektron poçt serverlərinin fəaliyyətinin təmin edilməsi, saytların yerləşdirilməsi üçün serverlər icarəyə verilməsi və s. daxildir.
Jurnalistika terminləri lüğətiyun. psyche – ruh + yun. akustikos – eşidilən
1. Səsin insan tərəfindən qavranılmasının psixoloji və fizioloji cəhətlərini araşdıran elm sahəsi.
P.-nın inkişafına radionun və səsli kinonun, xüsusilə televiziyanın yaranması təkan verib. İnsanların səs siqnallarına reaksiyası ilə seyr etdikləri görüntülər arasında birbaşa əlaqə var. Psixoakustik tədqiqatlar kadrların tamaşaçıda yaratdığı reallıq hissini gücləndirmək imkanı verir, onlardan filmlərin səsləndirilməsi və dublyajlar, ekranda səslə görüntünün daha uğurlu formada uzlaşdırılması üçün istifadə edilir.
2. Səs siqnallarının insan tərəfindən qavranılma keyfiyyətini azaltmadan sıxılması üsulları və bu üsulları tətbiq etməyə imkan verən kompüter proqramları.
Bu proqramlar vasitəsilə səs siqnalından onun qavranılmasına ciddi təsir göstərməyən informasiyalar «çıxarılır». Nəticədə səsli fayl dəfələrlə yığcamlaşır və bir diskə qat-qat çox musiqi, film, veriliş yazmaq mümkün olur.
Jurnalistika terminləri lüğətilat. publicus – ictimai, ümumi
Dövlətin və cəmiyyətin həyatında əhəmiyyətli ictimai-siyasi problemləri və prosesləri, bu proseslərin əsas iştirakçılarının fəaliyyətini işıqlandıran ədib, jurnalist.
Qərbdə P. termini əksər hallarda fərqli mənada işlədilir. Böyük Britaniyanın, Fransanın, Almaniyanın, Amerikanın lüğətlərində P. anlayışı, ilk növbədə, «beynəlxalq, yaxud ümumi hüquq üzrə ekspert», «hər hansı mühüm şəxsi, təşkilatı ictimaiyyətə tanıtmaq üçün onun haqqında informasiya yayan mütəxəssis» kimi izah edilir. Həqiqətən də, P. termini ilk dəfə Avropada (Fransada) tətbiq olunub və fransız dilində «beynəlxalq hüquqşünas» mənasında işlədilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiDövlətin və cəmiyyətin həyatında əhəmiyyətli ictimai-siyasi problemləri və prosesləri, bu proseslərin əsas iştirakçılarının fəaliyyətini işıqlandıran, başqa xarakterli materiallardan bədiiliyi, emosional üslubu, fəal müəllif mövqeyinin ifadəsi ilə seçilən jurnalist yaradıcılığı məhsulları.
Jurnalistikada janrlar, əsasən, üç böyük qrupa bölünür: informasiya janrları, analitik janrlar və P.J. Sonunculara esselər, felyetonlar, oçerklər, pamfletlər və s. aid edilir. Jurnalistikanın P.J.-ı bu sahədə digər janrlardan bədiiliyi və obrazlılığı ilə seçildiyi kimi, ədəbi publisistikadan da faktlara, gerçəkliyə daha çox bağlılığı ilə fərqlənir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiPublisistik janrlarda materiallar üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu.
Bu üslub üçün emosionallıq, qiymətləndirici leksika, bənzətmələr, auditoriyaya müraciətlər, çağırışlar, təkrarlar, ritorik suallar xarakterikdir. P.Ü.-da informasiya yalnız düşündürmək üçün deyil, burada müəllif həm də oxucuların, dinləyicilərin, tamaşaçıların hislərinə təsir göstərməyə çalışır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. publicus – ictimai, ümumi
1. Dövlətin və cəmiyyətin həyatında əhəmiyyətli ictimai-siyasi problemləri və prosesləri, bu proseslərin əsas iştirakçılarının fəaliyyətini işıqlandıran yaradıcılıq növü, jurnalistika sahəsi.
2. Dövlət və cəmiyyət həyatının mühüm məsələlərinə həsr olunmuş ictimai-siyasi xarakterli, yaxud elmi əsər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiHeç bir ödəniş tələb olunmadan, adətən, kütləvi yerlərdə (küçələrdə, metro stansiyalarında, mehmanxanalarda, aeroportlarda və s.) qoyulan, yaxud paylanan qəzetlər, jurnallar, bülletenlər.
P.N., əsasən, yüksək tirajla nəşr olunan, müəyyən həcmdə sosial informasiya, daha çox isə reklam və elanlar yerləşdirən qəzetlərdən, bəzən təbliğat-təşviqat xarakterli jurnallardan ibarət olur. Az-az hallarda poçtla yayılan P.N.-ə də rast gəlinir.
Jurnalistika terminləri lüğətialm. punktum – nöqtə
1. Mətbəə şriftinin ölçü vahidi.
Bu vahid kəmiyyətcə bütün ölkələrdə eyni deyil. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq olunan sistemdə 1 P. 0,376 mm-ə bərabərdir. Kompüter yığımında isə, əsasən, P.-un Adobe kompaniyası tərəfindən təklif olunmuş ölçüsündən istifadə edilir (0,3528 mm).
2. Qəzetlərin, jurnalların və s.-nin səhifələnməsi zamanı onlara xüsusi görünüş vermək, mətnləri bir-birindən ayırmaq, yaxud haşiyələmək üçün istifadə olunan xətlərin qalınlığının ölçü vahidi.
Bu vahid kəmiyyətcə bütün ölkələrdə eyni deyil, müxtəlif poliqrafiya sistemlərində fərqlənir.
Jurnalistika terminləri lüğəti