Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ştrix

alm. strich – xətt, cizgi

1. Qısa qrafik cizgi.

Nəşrlərdə şəkillərin, rəsmlərin ça­pa hazırlanması üçün onların müəyyən detal­larını qabartmaq, yaxud «itirmək» məqsədilə istifadə olunur. 

2. Sifət cizgisi, xarakterik detal, səciyyəvi cəhət.

3. Sətrin yuxarısında qoyulan maili xətt formalı qrafik simvol və ya mətbəə işarəsi.

4. Bax: punktir.

Jurnalistika terminləri lüğəti