Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

nüans

fr. nuance < lat. nubes – buludlar

Çalar, məqam, qabarıq olmayan, güclə se­zilən cizgi.

N.-lar aid olduqları şəxslərin xarakterini açmağa, hadisə və problemlər barədə  dolğun təsəvvür yaratmağa xid­mət edir. Onlar jurnalist materiallarında söz­lərin ifadə tərzi, faktların təqdimat forması, intonasiya, rəng, işıq çalarları, musiqi se­çimi və başqa üsullarla oxucuya (dinlə­yi­ciyə, tamaşaçıya) çatdırılır. N.-ları təsvir et­mək bacarığı yüksək jurnalist peşə­­kar­lığının göstəricilərindən biridir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

nümayəndəlik

1. Hüquqi şəxsin, o cüm­lədən redaksiyanın və jurnalist təşkilatının əsas strukturunun yerləşdiyi məntəqədən kənarda yaradılmış və onun mənafelərini təmsil, yaxud müdafiə edən ayrıca böl­məsi.

N. hüquqi şəxs deyil, hüquqi şəx­sin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 

2. Mülki hüquqda bir şəxsin (nü­mayəndənin) başqa şəxs (təmsil olunan) adından çıxış edərək onun xeyrinə əqd bağlaması, digər hüquqi hərəkətləri yerinə yetirməsi prosesi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

nüsxə

1. Əsərin orijinalının hər hansı üsulla maddi formada hazırlanmış surəti.

2. Bax: siqnal nüsxəsi.

3. Çox sayda eyni obyektdən (əşyadan, canlı aləmin nüma­yəndələrindən) biri.

4. Proqramlaşdırmada konkret obyektin yaddaşda təsviri.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

nüsxələrin yayılması

Audiovizual əsə­rin, kompüter proqramının nəşriyyat məhsulunun və s.-nin nüsxələrinin satış üçün, yaxud digər konkret şərtlərlə sahiblik hüququnun verilməsi yolu ilə mülki döv­riy­yəyə bura­xılması.

Jurnalistika terminləri lüğəti

nyusmeyker

ing. newsmaker – xəbər ya­radan

Media üçün mühüm xəbər qay­nağı olan, fəaliyyəti ardıcıl olaraq mediada işıqlandırılan şəxs.

N.-lər cəmiyyətdə ictimai maraq doğuran insanlar olurlar. ­Jurnalistikada onları qeyri-rəsmi olaraq iki qrupa  bölürlər: vəzifə N.-ləri (tutduqları vəzifəyə görə medianın, cəmiyyətin diqqət mərkəzində olan şəxslər: məmurlar, siyasi xadimlər, iri biznes sahibləri) və xarizmatik N.-lər (şəxsi keyfiyyətləri və xüsusi iste­dad­larına görə medianın, cəmiyyətin diq­qət mərkəzində olan şəxslər: aktyorlar, televiziya aparıcıları, şou ulduzları və s.).

Jurnalistika terminləri lüğəti

nyusrum

ing. newsroom – hərfi mənada: xəbər otağı

KİV redaksiyalarında informasiya xidmətinin yerləşdiyi, xəbərlərin hazırlandığı iri otaq, zal.

Termin ABŞ-ın qəzet nəşriyyatları və redaksiyalarında iş yerinin xüsusi təşkili prinsipinə uyğun ya­ranıb: orada redaksiya kollektivi, adətən,  hər jurnalistin ayrı iş masası olan böyük zalda yerləşdirilir.

Jurnalistika terminləri lüğəti