lat. medium – orta, mərkəz, ara
1.Kommunikasiya vasitələrinin, yaxud kanallarının ayrılıqda götürülmüş forması (qəzet, televiziya və s.).
2. Ətraf mühiti həssaslıqla qavrayan, baş verən hadisələrin təsvirində və izahında vasitəçilik missiyasını yerinə yetirən şəxs;
3. Maddi və mənəvi dünya, ruhlarla insanlar arasında vasitəçilik edən, əlaqə quran, fövqəladə bacarıqlara malik şəxs;
4. İnternetdə insanların fikirlərini bölüşməsi, 140 işarədən çox olmayan məqalələrini yazması üçün çap platforması.
2012-ci ildə Twitter-in həmtəsisçiləri Evan Uilyams və Biz Stoun tərəfindən yaradılıb.
Jurnalistika terminləri lüğətiyun. meqas – böyük + ing. byte – tikə, hissə
Elektron informasiyanın ölçü vahidi.
Kompüterin yaddaşında, CD, DVD, fləş-kart və digər daşıyıcılarda saxlanılan informasiyanın kontekstindən asılı olaraq 1.000.000 (106)-dan 1.048.576 (220)-dək baytdan ibarətdir. MB, Mbayt kimi işarə olunur.
Jurnalistika terminləri lüğətiyun. mimema – bənzər – «oxşar» sözünün qısaldılmış forması
1. Bir fərddən digərinə ötürülən mədəniyyət elementi, mədəni informasiya vahidi.
Yazılı, yaxud şifahi formada, təqlid şəklində və s. üsullarla insandan-insana keçən istənilən ideya, simvol, davranış, jest M. sayıla bilər. M. terminini və onun ifadə etdiyi konsepsiyanı 1976-cı ildə ingilis bioloqu Riçard Doukins yaradıb. Bioloji informasiya genlərdən ibarət olduğu kimi, mədəni informasiyanın da baza elementlərindən – M.-lərdən təşkil edildiyi haqda fikir məhz bu alimə məxsusdur. Doukinsə görə, M.-lər kütləvi mədəniyyətin formalaşmasında əsas rol oynayır; mədəni və sosial məzmunlu informasiya nəsildən nəslə onların vasitəsilə ötürülür. Mahnılar, şüarlar, mifik və tarixi obrazlar, dəb, bədii üslublar M.-lərin nümunələridir.
2. Kütləvi informasiya vasitələrində, xüsusilə internetdə geniş yayılan və sürətlə populyarlıq qazanan obrazlar, ifadələr, təsvirlər, hərəkətlər.
M. – audio, vizual, audiovizual, yazılı informasiya şəklində ola bilər. Mediada bu termin XXI əsrin ilk onilliyində kök salıb.
Jurnalistika terminləri lüğətilat. memorandum – yadda saxlanılmalı olan
Müəyyən məsələ ilə bağlı tərəflərin ümumi razılığını, əsas fəaliyyət prinsiplərini əks etdirən sənəd.
Adətən, böhran (məs.: gəlirlərin kəskin azalması), böyük siyasi kampaniyalar (məs.: seçkilər), yaxud ciddi münaqişələr (məsələn, etnik toqquşmalar) zamanı kütləvi informasiya vasitələri peşə davranışı prinsiplərini razılaşdırmaq üçün öz aralarında M. imzalayır. Misal: «Rusiya Jurnalistlər İttifaqı jurnalistikanın xilası naminə yeni memorandum imzalamağı təklif edir» («Vremya» informasiya agentliyi).
Jurnalistika terminləri lüğətilat. mentis – ağıl, düşüncə
Milli ənənə və həyat tərzindən doğan düşüncə, davranış, təfəkkür forması; dünyanı, ətrafı duyma və qavrama özəlliyi.
Media məhsulları, reklam müraciətləri hazırlanan zaman auditoriyanın M.-i nəzərə alınır, əks təqdirdə onlar cəmiyyətdə narazılığa, etirazlara səbəb ola bilər.
Jurnalistika terminləri lüğətiing. message – xəbər, məlumat
1. Birbaşa əlaqədə olmayan şəxsə, auditoriyaya ünvanlanan xəbər.
2. Elektron məktub və ya digər kommunikasiya vasitələri ilə çatdırılan məlumat.
3. Elektron kommunikasiya vasitələri tərəfindən istifadəçiyə avtomatik olaraq ötürülən xəbər; məs.: «Təhlükə barədə xəbərdarlıq» mesajı.
4. Kütləvi informasiya vasitələrində yayılan materiallarda, çıxışlarda, reklam müraciətlərində müəllif və ya reklam sifarişçilərinin auditoriyaya çatdırmaq istədikləri əsas fikir, ideya.
5. Eyhamla söylənən, lakin təsir qüvvəsi güclü olan məlumat.
Jurnalistika terminləri lüğətiyun. methodos – araşdırma üsulu, dərk etməyin yolu
1. Gerçəkliyin nəzəri və təcrübi baxımdan mənimsənilməsi forması;
2. Tədqiqatçının və jurnalistin müəyyən məqsədə çatmaq, vəzifəni yerinə yetirmək, araşdırma aparmaq üçün sistemli şəkildə atdığı addımlar, istifadə etdiyi üsullar.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. methodos – araşdırma üsulu, dərk etməyin yolu + yun. logos – söz, təlim
1. Metodlar haqqında, onların yaradılması və təkmilləşdirilməsinə dair təlim.
2. Ayrı-ayrı elm sahələrində, araşdırmalarda tətbiq olunan üsulların, fəaliyyət prinsiplərinin və metodların toplusu.
Jurnalistika terminləri lüğətiyun. metonymia – adın dəyişdirilməsi
1. Hər hansı əşyanın, hadisənin əvəzinə onunla bağlı olan başqa əşyanın və ya hadisənin adının çəkilməsi.
M. faktik olaraq söz birləşməsinin elə ixtisar formasıdır ki, ifadə qısaldılsa da, onun mənası tam anlaşılır; məs.: şəhər yatmışdı; hərə bir boşqab yedi.
2. Ekranda bütövün ayrı-ayrı hissələrinin fraqmentar göstərilməsi yolu ilə hadisə, hərəkət haqqında ümumi təsəvvür yaradan güclü ifadə forması.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Hər hansı hadisəyə, işə, davranışa və s.-yə qiymət vermək, yaxud onu təsnif etmək üçün əsas əlamət.
2. Media məhsulları (nəşr, sayt, məqalə, film, veriliş və s.) haqqında kəmiyyət və keyfiyyət baxımından mühakimə yürütmək üçün əsas tutulan göstərici, qiymətləndirmə ölçüsü.
Jurnalistika terminləri lüğətiər.
1. Bir hadisə, əşya, canlı haqqında daha aydın təsəvvür yaratmaq üçün onların başqa oxşar hadisə, əşya və canlılara məxsus əlamətlərlə səciyyələndirilməsi.
2. Söz və ya ifadənin qeyri-müstəqim mənada işlədilməsi.
M. jurnalistikada, xüsusilə publisistikada geniş istifadə olunan güclü bədii təsvir vasitəsidir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti