ing. like – bəyənmək
Sosial şəbəkələrdə, saytlarda materiala, onun müəllifinə dəstək ifadə edən, həmrəylik bildirən şərti işarə və bu işarənin üzərində əks olunduğu düymə.
Materialın, yaxud müəllifin topladığı L.-ların cəmi həmin düymənin yanında göstərilir. L. yalnız müsbət münasibətin ifadəsi deyil, həm də materialı dostlarla paylaşmağın ən çevik üsuludur.
Jurnalistika terminləri lüğətiing. Light Amplification by Stimulated Emission of Radiation – «işığın məcburi şüalanma yolu ilə gücləndirilməsi» ifadəsindən yaradılmış abreviatura
1. İnformasiyanın maddi daşıyıcıya lazer şüası vasitəsilə köçürülməsi üsulu.
İdarəolunan güclü şüa maddi daşıyıcının səthindəki nazik təbəqəni müəyyən temperatura qədər qızdıraraq orada lazımi izlər açır. Yazını oxumaq üçünsə nisbətən zəif şüadan istifadə olunur. L.Y. maqnit sahəsinin təsirinə davamlıdır, yüksək keyfiyyətə və s. üstünlüklərə malikdir.
2. Lazer şüası vasitəsilə maddi daşıyıcı üzərinə köçürülmüş informasiya.
Bu, mətn, audio, videoinformasiya, hətta rəsm əsərləri ola bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiSözlərin düzgün seçimini, məna çalarlarını və konkret kommunikativ şəraiti nəzərə almaqla öz yerində işlədilməsini təmin edən qaydalar toplusu.
Yazıda və ya nitqdə hər hansı söz düzgün seçilmədikdə və yerində işlədilmədikdə ədəbi dilin L.N.-sı pozulmuş olur. L.N.-lar dərsliklərlə yanaşı, izahlı və terminoloji lüğətlərdə öz əksini tapır. Bu qaydalar zaman keçdikcə müəyyən dəyişikliyə uğraya bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətialm. leitmotiv – aparıcı motiv
1. Hər hansı əsərin ana xətti, aparıcı mövzusu, emosional tonu.
2. Məqalədə, verilişdə, filmdə dəfələrlə təkrar olunan fikir, motiv.
Məsələn, hansısa iş üstündə mübahisə edən tərəflər arasında çəkişməyə həsr olunmuş süjetdə kadr arxasından vaxtaşırı eşidilən səslər L. yaradır.
Jurnalistika terminləri lüğətiŞəxslər barəsində cəmiyyətdə formalaşmış rəyi onların zərərinə dəyişdirməklə və ya mənfi rəy yaratmaqla bu şəxslərin hörmətinin azalması, həmçinin itirilməsi ilə nəticələnən, dil üslublarına görə təsdiqlənmiş fakt kimi təqdim edilən, həqiqiliyi təsdiq və ya inkar oluna bilən faktoloji məlumatlar.
Jurnalistika terminləri lüğətiŞəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi, özünün özünə verdiyi qiymət.
Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun L. termininə 2014-cü ilin fevralında verdiyi rəsmi tərifdir. Ölkə konstitusiyasında şəxsin L.-inin dövlət tərəfindən qorunduğu və onun alçaldılmasına yol verilmədiyi göstərilir. Lüğətlərdə bu anlayışın fərqli izahları mövcuddur: yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, qabiliyyət, bacarıq, istedad və s. Qanunvericilikdə isə L. insanların mənəvi dəyərlərindən biri elan edilərək mülki və cinayət məcəllələri ilə müdafiə olunsa da, onun dəqiq tərifi yoxdur. Məhz bu səbəbdən, həmçinin KİV-də L.-in alçaldılması məsələləri ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşdırmaq üçün Ali Məhkəmə anlayışa hüquqi izah verib.
Həmçinin bax:
jurnalistika: şərəf və ləyaqətin alçaldılması jurnalistika: şərəf və ləyaqətin ləkələnməsi Jurnalistika terminləri lüğətiAzad və müstəqil medianın əsas məqsədinin fikir plüralizminə şərait yaratmaq, cəmiyyətin həqiqəti tapmasına, sosial və siyasi problemləri həlli etməsinə kömək göstərmək, hakimiyyət orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək olduğunu bəyan edən nəzəriyyə.
L.M.N. geniş yayılmış dörd mətbuat nəzəriyyəsindən biridir. Bu nəzəriyyə XVII əsrin sonlarından etibarən İngiltərə və ABŞ-da böyük mütəfəkkirlər Con Miltonun, Con Lokkun, Con Millin ideyaları əsasında formalaşmağa başlayıb. L.M.N.-nə görə, medianın başlıca funksiyaları əhalini məlumatlandırmaq və əyləndirməkdən, öz iqtisadi bazasını möhkəmləndirməklə müstəqilliyini təmin etməkdən ibarətdir. Mətbuat dövlət də daxil olmaqla heç kimin nəzarəti altına düşməməlidir, hər kəs istədiyi məlumatı çap edə bilməlidir, nəyin doğru, nəyin yalan olduğuna isə cəmiyyət özü hökm verməlidir. Medianın fəaliyyəti yalnız azad rəqabət qanunları və məhkəmələr tərəfindən tənzimlənməlidir. Faktik olaraq bu nəzəriyyə, bəzi məhdudiyyətlər saxlanmaqla (böhtanın, ədəbsizliyin, müharibə dövründə xəyanətin) mətbuatın geniş azadlığı konsepsiyasıdır. O, liberal-demokratik dövlət prinsiplərinə və dəyərlərinə (fərdin maraqlarının üstünlüyü, xalqın iradəsinin suverenliyi, həqiqətə və tərəqqiyə inam və s.) söykənir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti