Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

netbuk

ing. net – şəbəkə + ing. book – ki­tab

Kiçikhəcmli, yüngül, əsasən, internet əlaqəsi yaratmaq üçün nəzərdə tu­tul­muş kompüter.

N.-ların gücü və sürəti böyük deyil, lakin onlar ucuz, istifadəçinin özü ilə daşıması üçün rahatdır. Termin 1999-cu ildə Psion ingilis şirkəti tərəfindən ya­radılıb. Şirkət istehsal etdiyi «fərdi cib kom­pü­ter­ləri»ni belə adlandırıb. N.-ların kütləvi satışına 2000-ci illərin ortalarında başlanıb. Sonradan eyni funksiyaları yerinə yetirən daha təkmil cihazlar bazara çı­xa­rıldığı üçün 2012-ci ildə N. mo­del­lərinin əsas is­teh­salçıları onun buraxılışını dayan­dırdıqlarını elan ediblər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti