ing. hit – zərbə, uğur + ing. parade – parad
1. Hər hansı zaman kəsiyində ən populyar bədii əsərlərin, filmlərin müəyyən ardıcıllıqla düzülmüş və KİV-də çap edilmiş siyahısı.
Bu siyahı bədii əsərlərin satış həcmi, filmlərin tamaşaçılarının sayı, yaxud kassa gəliri əsasında tərtib olunur.
2. Hər hansı zaman kəsiyində ən populyar musiqi əsərlərinin, mahnıların siyahısı və onların bu siyahı üzrə ardıcıllıqla radioda, televiziyada səsləndirilməsi.
Mahnıların populyarlıq dərəcəsi internet-səsvermə yolu ilə, digər üsullarla aşkarlanır.
Jurnalistika terminləri lüğətiyun. holos – tam, dolu
Təsvirin holoqrafiya üsulu ilə alınıb efirə verilməsi prinsipinə əsaslanan televiziya.
H.T. ideyasının müəllifləri fiziklər deyil, «liriklər» hesab olunurlar. 1951-ci ildə amerikalı fantast Ayzek Azimov «Təməlqoyma» əsərində havada yaradılan holoqrafik işarələri təsvir etdi. 1976-cı ildə amerikalı kinorejissor Corc Lukasın «Ulduz müharibələri» filmində holoqrafik rabitə seansı göstərildi. Nəhayət, 2008-ci ilin noyabrında CNN kanalı ilk holoqrafik jurnalist materialını efirə verdi. Kanalın aparıcısı məşhur bir müğənnidən studiyada canlı müsahibə götürdü. Əslində, bu, müğənninin uzaqdan ötürülən holoqramı ilə real zaman rejimində söhbət idi. H.T.-nın məişətə gətirilməsi üçün ABŞ-ın, Yaponiyanın elmi mərkəzləri və universitetlərində irimiqyaslı tədqiqatlar aparılır.
Jurnalistika terminləri lüğətiyun. holos – tam, dolu + yun. grapho – yazıram, təsvir edirəm
İşıq dalğalarının qarşılıqlı təsiri (üst-üstə düşməsi) nəticəsində obyektin həcmli təsvirinin alınması üsulu.
Lazer texnologiyasının tətbiqindən sonra meydana çıxan və obyektin təsviri əsasında onun haqqında fotoya nisbətən daha dolğun informasiya verən H. metodunu 1947-ci ildə macar fiziki Dennis Qabor kəşf edib. Bu ixtirasına görə o, 1971-ci ildə Nobel mükafatı alıb.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiyun. holos – tam, dolu + yun. grapho – yazıram, təsvir edirəm
İnterferensiya (eyni mənbədən çıxan işıq və səs dalğalarının qovuşması) nəticəsində alınmış həcmli təsvir.
İşığahəssas lövhə üzərinə yazılmış belə təsvirə mikroskopla baxdıqda H. rəngli və qara zolaqların növbələşən sistemi kimi gözə dəyir. H.-ı alındığı şüa ilə işıqlandırdıqda həqiqi xəyalı görmək olur. Fotoşəkildən fərqli olaraq H.-da neqativ və pozitiv eynidir, informasiya tutumu isə xeyli böyükdür. H.-lardan piratçılığa qarşı mübarizədə geniş istifadə olunur. Əsərlərin (kitabların, jurnalların, audio və videodisklərin, digər məhsulların) orijinalını saxta mallardan fərqləndirmək üçün onların üzərinə H. yapışdırılır.
Jurnalistika terminləri lüğətiing. host – qonaq qəbul edən
1. Fərdi və ya ümumi istifadə üçün nəzərdə tutulmuş müəyyən məlumatın şəbəkədə yerləşdirilməsi üzrə xidmət göstərən server.
Bu məlumat sayt, bloq, elektron poçt, fayl formasında ola bilər. H. həm öz resurslarına girməyə imkan verir, həm də digər kompüterlərdəki məlumatların saxlanılması və ötürülməsi prosesini idarə edir.
2. İnternetdə hər hansı sayta girişin icra edildiyi kompüter. Başqa sözlə, internetdə H. – İP-ünvan deməkdir.
Bu, statistik baxımdan mühüm əhəmiyyət kəsb edir: saytların unikal istifadəçilərinin sayı H.-larla müəyyənləşdirilir: eyni kompüterdən konkret sayta neçə giriş olursa-olsun, onlar hamısı bir unikal H.-a bərabər tutulur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. Hyper Text Markup Language – hipermətn nişanlama dili
Brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn.
Bu dil veb-səhifənin təyinatını, növünü, funksiyasını müəyyən edən deskriptorlar əsasında yaradılıb. Bütün veb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompüterlərin ekranlarında göstərilən sənədlər internetin fundamental baza texnologiyası olan HTML proqram kodunda yazılır. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimedia elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir. Hipermətn koduna malik olan fayllar .htm və .html işarəsi ilə fərqləndirilir.
Jurnalistika terminləri lüğətiBu və ya digər fəaliyyət sahəsini tənzimləyən, həmin sahə üzrə müəyyənləşdirilmiş bütün normaları sistem şəklində birləşdirən və qanunvericilik aktlarında öz əksini tapan qaydalar toplusu.
Azərbaycanda KİV-in fəaliyyətinin H.R.-i konstitusiyada, müvafiq qanunlarda əksini tapıb. Bu rejimi ümumi (söz azadlığı, mətbuat azadlığı, senzuranın yolverilməzliyinə aid) və xüsusi (ayrı-ayrı dövrlərə, məsələn, seçki kampaniyalarına, fövqəladə vəziyyətlərə, yaxud ayrı-ayrı informasiya növlərinə şamil edilən) qaydalar formalaşdırır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti