ing. browser < browse – gözdən keçirmək
Veb-səhifələrin qlobal şəbəkədə axtarışı və sənədlərin məzmununun nəzərdən keçirilməsi üçün istifadə olunan proqram təminatı.
Müxtəlif B.-lər mövcuddur: Google Chrome, Microsoft İnternet Explorer, Mozilla Firefox, Safari və s. Belə proqram təminatlarına Azərbaycan dilində veb-səyyahlar da deyirlər.
Jurnalistika terminləri lüğəti