ing. «The Fairness Doctrine» termininin hərfi tərcüməsi
Teleyayımçılardan ictimai əhəmiyyətli məsələləri işıqlandırarkən alternativ baxışların əks olunmasını tələb edən prinsip.
Ə.D. 1949-cu ildə ABŞ-ın Federal Rabitə Komissiyası (FRK) tərəfindən radio və televiziyaların fəaliyyətində balansın qorunmasına nəzarəti həyata keçirmək üçün qəbul olunub. Bu qaydaya əməl etməyən kanal yayım lisenziyasını itirə bilərdi. Ə.D.-nın rəsmən qüvvədə olduğu müddətdə yayım vaxtı balansın pozulması ilə əlaqədar FRK çoxlu şikayətlər alırdı, yayımçılar tez-tez məhkəmə proseslərinə cəlb edilirdilər. Buna görə də 1987-ci ildə doktrina ləğv olundu, 2011-ci ildə isə FRK-nın sənədlərindən çıxarıldı.
Jurnalistika terminləri lüğətiMilli dilin müəyyən qayda-qanunlara tabe olan və nümunəvi ünsiyyətə xidmət edən ən yüksək forması.
Ə.D.-in tabe olduğu qayda-qanunlar sisteminə nitq normaları deyilir. Norma – sözün fonetik (səs) tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəklidir. Ə.D. dialektlərdən, jarqonlardan fərqlənir, onun iki qolu var: şifahi və yazılı. Şifahi Ə.D. səslənən dildir, orfoepik normalara tabe olur, yazılı Ə.D. isə yazıda istifadə edilən dildir, orfoqrafık normalara tabe olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. redactus – düzəldilmiş, qaydaya salınmış
Nəşr olunmazdan öncə mətnlərin məzmununun, leksik və semantik keyfiyyətlərinin ədəbi dil qaydalarına uyğunlaşdırılması, məntiqi ardıcıllığın, faktoloji materialın yoxlanılması və səhvlərin düzəldilməsi prosesi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiKütləvi informasiya vasitələrinin fəaliyyətinə, yaydıqları materiallara auditoriyadan alınan reaksiya.
Ə-Ə. KİV-in fəaliyyətinin səmərəliliyini və kütləvi təsir gücünü müəyyən edən meyarlardan biridir. Ə-Ə. vasitəsilə media öz davranış tərzini, yayımın hədəflərini dəqiqləşdirir.
Jurnalistika terminləri lüğətilat. reclamo – qışqırıram
1. Yolverilməz reklamı təkzib etmək və onun doğurduğu nəticələri aradan qaldırmaq üçün yayılan reklam.
Yolverilməz reklam yayıldıqda buna görə məsuliyyət daşıyan tərəflər dövlət orqanlarının müəyyən etdiyi müddətdə öz hesablarına Ə-R. həyata keçirməyə, istehlakçıya dəyən zərəri ödəməyə borcludurlar. Ə-R.-ın məzmunu, məkanı, daşıyıcıları, müddət və yayılma üsulları onun verilməsi barədə qərar çıxarmış dövlət orqanı ilə razılaşdırılmalıdır.
2. Bax: antireklam.
Jurnalistika terminləri lüğəti