Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

etik prinsiplər

Tipik şəraitlərdə insanların davranışlarına şamil edilən sosial tələblər, qaydalar və qadağalar sistemi.

Cəmiyyət hər bir fərdin öz həyat və fəaliyyəti döv­ründə rast gəldiyi problemləri bu qayda və qadağalara uyğun həll etməsini istəyir. Hü­quq normalarından fərqli olaraq E.P. qanunlara deyil, adət-ənənələrə, insanın əx­laqi şüurunda formalaşmış təsəvvürlərə əsaslanır və dövlət orqanları tərəfindən yox, ictimai rəylə qiymətləndirilir. Jurnalistikada E.P., yəni peşə davranışı qaydaları professional qurumların tərtib etdiyi ko­dekslərdə öz əksini tapır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti