Reklam
Reklam
  • Qayıt, yerinə qoy Ayı, Günəşi, –
    Yenə olduğu tək görüm həyatı.
    Qayıt, gözüm nuru, könlüm atəşi,
    Qayıt, sahmana sal bu kainatı.

  • Həsrətin araya atdı dağ, dərə,
    Sönən işıq oldun, batan səs oldun.
    Qayıt, mənim gülüm, qayıt bu yerə,
    Ey mənim istəyim, nə gəlməz oldun?!

  • Zəhmətsevər, ağır, enli, cod əli vardı,

    Tale kimi endirərdi çiynimə hərdən...

  • Getmə, tərsa balası, mən də sənə sayə gəlim,

    Damənindən yapışım, mən də kəlisaya gəlim.

     

    Ya sən İslamı qəbul eylə – mənim dinimə gəl,

    Ya da təlim elə mən məzhəbi-İsaya gəlim.

  • Nə səndə məhəbbət qara pul deyil,

    Nə mən dilənçiyəm – əl açım sənə...

  • İki şey ağıla nöqsan sayılar,

    Yersiz susmaq ilə yersiz söz demək!

  • Leyləklərin çöp yuvası boş qalıb,

    Bahar gedib, payız gəlib, qış qalıb.

    Göy çəməndə ocaq yanıb, daş qalıb,

    Bu dünyanın qara daşı göyərməz.

  • Taleyin qisməti rast saldı bizi.

    Yolumuz haradasa qırılacaqsa,

    İtirəcəyiksə bir-birimizi,

    Xatirəm yadında qalmayacaqsa,

    Bu əllər mənimki olmayacaqsa,

    Bu tellər mənimki olmayacaqsa,

    Gəl məni özünə öyrətmə məni,

    Hicran qorxusuyla göynətmə məni.

    Əlimi saçıma öyrətmə belə,

    Gözümü gözünə öyrətmə belə,

    Üzümü üzünə öyrətmə belə.

  • Allah, nə var, nə yox?

    Məndən nə xəbər var?

  • Bir axşam taksidən düşüb payıza,

    Bilmədik haraya, hayana gedək.

  • ...Saxlayın Yer kürəsini,

    Mən düşmək istəyirəm.

  • Dil ilə dərvişlik оlmaz,

    Halı gərək yоl əhlinin.

    Arıların hər çiçəkdən

    Balı gərək yоl əhlinin.

  • Sözünü bir söyləyənin

    Sözünü edər sağ bir söz.

    Pir nəfəsin dinləyənin

    Yüzünü edər ağ bir söz.

  • Gördün bir yerdə aşina,

    Hər nə dersən öz başına,

    Yоl daşını yоl quşuna

    Atma, qardaş, kərəm eylə.

  • Gövhərin keçməyən yerdə,

    Satma, qardaş, kərəm eylə.

    Ləl daşını çay daşına

    Qatma, qardaş, kərəm eylə.

  • Qızılgül, bağü bustanım, nə dersən?

    Fəda olsun sənə canım, nə dersən?

  • Məni məndən sorma, məndə deyiləm,

    Bir mən vardır məndə məndən içəri.

  • Aşiq Yunus söylər sözü,

    qan-yaş ilə doldu gözü,

    Bilməyən nə bilsin bizi,

    bilənlərə salam olsun.

  • Biz dünyadan gedər olduq,

    qalanlara salam olsun,

    Bizim üçün xeyir-dua

    qılanlara salam olsun.

  • Əlimdə olsaydı əgər iqtidar

    Bu köhnə fələyi kökündən yıxar,

    Təzədən elə bir fələk qurardım

    Ki, hər kəs yaşardı azad, bəxtiyar.