Reklam
Reklam
  • Yaxşı adamla oturub-dursan, ondan da yaxşı olarsan. (Talış)
  • Alçaq adam gündə üç dəfə allahlıq iddiasında olar. (Talış)
  • Suyun qabağını bənddə alarlar, dərədə yox. (Talış)
  • Şeytan on lampaya neft tökər, heç biri yanmaz. (Talış)
  • Çörəyi təndir bişirər, özündən razı arvad deyər: “Mən bişirdim”. (Talış)
  • Nənə kökə verən olsaydı, təndir başında verərdi. (Talış)
  • Bir Allah qalıb, on iki imama yalvarırlar. (Talış)
  • Vaxtını itirən bəxtini itirər! (Talış)
  • Dərdi gizlətsən, ölərsən, borcu gizlətsən, müflis olarsan. (Talış)
  • Onun həsirinin üstünə əsa qoymaq olmaz. (Talış)
  • Nə qədər odlu olsan, özünü yandırarsan. (Talış)
  • Can qurban elə aşığın zurnasına, mollanın deyingənliyi ürək çatladır. (Talış)