Reklam
Reklam
  • İt əlacsız qalanda otlayar. (Talış)
  • Çörəyi təndir bişirər, özündən razı arvad deyər: “Mən bişirdim”. (Talış)
  • Nənə kökə verən olsaydı, təndir başında verərdi. (Talış)
  • Bir Allah qalıb, on iki imama yalvarırlar. (Talış)
  • Başını dost evində qırx, dırnağı düşmən evində. (Talış)
  • Xonçanın bəzəyi noğuldur, evin bəzəyi oğuldur. (Talış)
  • Allah eşşəyi yaxşı tanıdığı üçün, ona buynuz vermədi! (Talış)
  • Hər xurcun çiynində olan dərviş deyil. (Talış)
  • Hər Fironun Musası var. (Talış)
  • Qonşunun adından qorxma, hiyləsindən qorx! (Talış)
  • Filankəs acından öldü. Dedilər: Varıydı ki, yemədi? (Talış)
  • Vaxtını itirən bəxtini itirər! (Talış)
  • Varlı təzə paltar geydi, dedilər: Mübarəkdir! Kasıb təzə paltar geydi, dedilər: Haradan gətirdin? (Talış)
  • İndi çaqqallar baş kəsir, canavarın adı çıxıb. (Talış)
  • Dərdi gizlətsən, ölərsən, borcu gizlətsən, müflis olarsan. (Talış)
  • Dişlərini ağartma, it sümük üçün gəzir. (Talış)
  • Pişiyin dərdi iti öldürər. (Talış)
  • Onun həsirinin üstünə əsa qoymaq olmaz. (Talış)
  • Nə qədər odlu olsan, özünü yandırarsan. (Talış)
  • Dərdin çox da olsa, qonağın yanında demə. (Talış)