- Elin sözü daşı yeridər. (Azərbaycan)
- Elin atdığı daş uzaq gedər. (Azərbaycan)
- Eli olmayanın dili də olmaz. (Azərbaycan)
- El malına göz dikən gözdən olar. (Azərbaycan)
- El yandıran şamı söndürmək olmaz. (Azərbaycan)
- El keçən körpüdən sən də keç. (Azərbaycan)
- El içində – öl içində! (Azərbaycan)
- El igidləri ilə tanınar. (Azərbaycan)
- El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.
(Azərbaycan)
- El ağzını bağlamaq olmaz. (Azərbaycan)
- Birlik harda, dirilik orda! (Azərbaycan)
- Əməlsiz sözdə təsir olmaz. (Azərbaycan)
- Dəyirman bildiyini eylər, çaq-çaq baş ağrıdar. (Azərbaycan)
- Söymə qul atamı, söyməyim bəy atanı! (Azərbaycan)
- Adamın başına nə gəlsə, dilindəndir. (Azərbaycan)
- Adamı sözündən tutarlar, heyvanı buynuzundan. (Azərbaycan)
- Adam ağzında söz, qazan altında köz. (Azərbaycan)
- Dilini saxlayan başını saxlar. (Azərbaycan)
- Dil yanılar düzünü deyər. (Azərbaycan)
- Dil var, bal gətirər, dil var – bəla. (Azərbaycan)