- İldırım çaxanadək səs çıxarmaz. (Martin Lüter Kinq)
- Nə üçün həyatda yaşadığını başa düşmək üçün nə üçün öləcəyini bilməlisən. (Martin Lüter Kinq)
- Yalnız kifayət qədər qaranlıq olanda ulduzları görə bilərsiniz. (Martin Lüter Kinq)
- Uça bilmirsənsə, qaç. Qaça bilmirsənsə, yeri. Yeriyə bilmirsənsə, sürün. Nə edirsən et, amma irəli get. (Martin Lüter Kinq)
- Həyatımız vacib olan şeylər barəsində susduğumuz gün sona yaxınlaşır. (Martin Lüter Kinq)
- Ən sonda düşmənlərimizin sözlərini yox, dostlarımızın səssizliyini xatırlayacağıq. (Martin Lüter Kinq)
- Müdriklər susanda axmaqlar çoxalır. (Nelson Mandela)
- Unutmayın ki, hər şey itirildikdə belə, ümid çox güclü silahdır. (Nelson Mandela)
- Gerçək liderlər xalqlarının azadlığı üçün hər şeyi fəda etməyə hazır olmalıdırlar. (Nelson Mandela)
- Qorxusu olmayan yox, qorxularına qarşı çıxa bilən insan cəsurdur. (Nelson Mandela)
- Böyük bir təpəyə dırmaşdıqdan sonra dırmaşacağınız daha çox təpə olduğunu görürsünüz. (Nelson Mandela)
- Qalib heç vaxt təslim olmayan bir xəyalpərəstdir. (Nelson Mandela)
- Qoy seçiminiz qorxularınızı yox, ümidlərinizi əks etdirsin. (Nelson Mandela)
- Məni uğurlarıma görə dəyərləndirmə, neçə dəfə yıxılıb yenidən ayağa qalxmağıma görə dəyərləndir. (Nelson Mandela)
- Təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silahdır. (Nelson Mandela)
- İnsanlar gerçəkliyə uzun müddət dözə bilməzlər. (Karl Qustav Yunq)
- Mən Tanrının olduğuna inanmıram. Mən Tanrının olduğunu bilirəm. (Karl Qustav Yunq)
- Çağırılsa da, çağırılmasa da, Tanrı həmişə ordadır. (Karl Qustav Yunq)
- Sual vermək bacarığı həqiqəti öyrənmək üçün ən böyük vasitədir. (Karl Qustav Yunq)
- Kədərinizi bağrınıza basın. Çünki orada ruhunuz böyüyəcək. (Karl Qustav Yunq)