Reklam
Reklam

Tarix terminləri lüğəti

yazı

Müəyyən ardıcıllıqla düzülən qrafik işarələr sistemi.

Y. nitqi fiksə edir və onu qrafik ünsürlər vasitəsilə müxtəlif məsafələrə, habelə gələcək nəsillərə çatdırmaq imkanı verir. Onun 4 əsas tipi var: piktoqrafik yazı, ideoqrafik yazı, sillabik yazısəs yazısı. Ən qədim piktoqrafik Y.-da müəyyən şəkil (piktoqram) bir və ya bir neçə cümləni əks etdirib. Qobustan qaya təsvirlərinin çoxu piktoqrafik Y. nümunəsi sayılır. Onu əvəzləmiş ideoqrafik Y.-da isə hər işarə (ideoqram, heroqlif) artıq bir sözü və ya sözün bütün assosiativ mənalarını bildirib; məs.: “ayaq” ideoqramı “yürümək”, “durmaq”, “getmək” və s. anlayışları ifadə edib. Y.-nın inkişafının növbəti mərhələsi olan heca (sillabik) Y.-sında dildəki hecaların sayı qədər işarə yaradılıb. Bu səbəbdən heca Y.-sında ən azı 300 işarə işlədilib. İlk heca Y.-sı e.ə. III minilliyin əvvəlində Şumerdə meydana çıxıb. Y.-nın ən mükəmməl növü isə səs Y.-sı hesab olunur. Səs Y.-sında hər işarə (hərf) bir səsi ifadə edir, nəticədə işarələrin sayı xeyli azalır (maksimum 60-70). Ayrı-ayrı ölkələrdə (Qədim Misir, Şumer, Krit və Çində) müstəqil şəkildə yaranmış səs Y.-sı çox vaxt əlifba da adlandırılır.

Tarix terminləri lüğəti